13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

4SİM Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında təmsil olunub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davos İqtisadi Forumunun (DİF) 56-cı illik toplantısı çərçivəsində təşkil olunan “GovTech” həllərinin tətbiq dairəsinin genişləndirilməsi mövzusunda panel sessiyada iştirak edib.

21 Yanvar 2026 17:39
4SİM Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında təmsil olunub

BAKI, AzerVoice

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davos İqtisadi Forumunun (DİF) 56-cı illik toplantısı çərçivəsində təşkil olunan “GovTech” həllərinin tətbiq dairəsinin genişləndirilməsi mövzusunda panel sessiyada iştirak edib.

Bu barədə AzerVoice-a Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi məlumat verib.

Fariz Cəfərov “B.EST Solutions” şirkətinin baş icraçı direktoru Yana Krimpenin moderatorluğu ilə keçirilən panel sessiyada ölkəmizdə süni intellekt və sənaye 4.0 texnologiyalarınının tətbiqi barədə məlumat verib. Azərbaycanda süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlər qeyd edilib.

Paneldə “GovTech” həllərinin ölkələr üzrə tətbiqi, süni intellektin dövlət idarəçiliyində rolu, rəqəmsal etimad, suverenlik və institusional dayanıqlılıq məsələləri müzakirə olunub.

4SİM-in icraçı direktoru Fariz Cəfərov DİF-in 56-cı illik toplantısı çərçivəsində “Siemens AG” şirkətinin baş texnologiya direktoru Tomas Kislinq ilə görüşüb.

Görüşdə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” çərçivəsində nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri və təşəbbüslər barədə məlumat verilib.

Bizneslərin texnoloji transformasiyası və dayanıqlı inkişafını əhatə edən ikili transformasiya (twin transition) yanaşması və bu istiqamətdə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

4SİM Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında təmsil olunub 4SİM Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında təmsil olunub 4SİM Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında təmsil olunub
Məqalədə: #Azərbaycan #İqtisadiyyat Nazirliyi #Davos İqtisadi Forumu #İsveçrə #Fariz Rzayev #Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) #GovTech #B.EST Solutions #Yana Krimpen #Siemens AG #Tomas Kislinq

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.