12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Azərbaycanda bələdiyyələr üçün yerli iqlim və enerji fəaliyyəti sahəsində mövcud imkanların artırılmasına yönəlmiş maarifləndirici tədbir təşkil edib.

10 Fevral 2026 16:36
Bakı
Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib

Bakı, AzerVoice. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Azərbaycanda bələdiyyələr üçün yerli iqlim və enerji fəaliyyəti sahəsində mövcud imkanların artırılmasına yönəlmiş maarifləndirici tədbir təşkil edib.

AzerVoice xəbər verir ki, 10 fevral tarixində Bakıda keçirilən tədbirə bələdiyyələrin və milli qurumların təxminən 100 nümayəndəsi qatılıb. Görüşlər Avropa İttifaqının yerli səviyyədə iqlim və enerji öhdəliklərinin dəstəklənməsi üzrə daha geniş səyləri çərçivəsində baş tutub və enerji səmərəliliyi, iqlimə davamlılıq və dayanıqlı inkişaf istiqamətində fəaliyyət göstərmək istəyən şəhərləri bir araya gətirib.

Tədbirin əsas məqsədi təşəbbüsə qoşulmağı nəzərdən keçirən tərəflərə “Merlər Razılaşması”na üzvlüyün praktik mahiyyətini izah etmək olub. “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” komandası şəhərlər üçün mövcud dəstək mexanizmlərini, o cümlədən Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması üçün metodiki alətləri, irəliləyişin monitorinqi vasitələrini, layihə və texniki dəstəyi, eləcə də potensialın artırılmasına yönəlmiş proqramları təqdim edib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyyarə Musayeva, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov və Moldovanın Ceadir-Lunqa şəhərinin meri Anatolii Topal təşəbbüsə qoşulma üzrə təcrübələrini bölüşüblər.

Bildirilib ki, Azərbaycanda təşəbbüs artıq konkret nəticələr verib. Mingəçevir “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” çərçivəsində Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının hazırlanmasına dəstək alan ilk şəhər olub. Həm Mingəçevir, həm də Şəki şəhərlərində bələdiyyə obyektlərində enerji auditləri aparılıb və şəhərlərə maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində dəstək göstərilir. Şəkidə bu proses “Mounting Adapt” proqramı çərçivəsində konkret layihənin maliyyələşdirilməsinə də imkan yaradıb.

Eyni zamanda təşəbbüs çərçivəsində Enerji Günlərinin təşkili, yerli maraqlı tərəflərin cəlb olunması və ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlər həyata keçirilib. Energetika Nazirliyinin ekspertlərinin Şəkiyə səfəri zamanı kiçik su elektrik stansiyası, ənənəvi su dəyirmanları və tarixi abidələrə baxış keçirilib, iqlim, enerji və mədəni irsin dayanıqlı yerli inkişafa inteqrasiyası yerində qiymətləndirilib.

Tədbirin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kunjundzic şəhərlərin iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında mühüm rol oynadığını vurğulayaraq, bələdiyyələri təşəbbüsə qoşulmağa çağırıb.

Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cavid Mikayılov isə bildirib ki, “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü bələdiyyələr üçün enerji səmərəliliyi sahəsində real icra mexanizmləri təqdim edən vacib platformadır və nazirlik bu imkanlardan səmərəli istifadə olunmasını dəstəkləməyə davam edəcək.

Təşəbbüsün komanda rəhbəri Christophe Frering isə qeyd edib ki, tədbirlərin əsas məqsədi şəhərləri məlumatlı qərar qəbul etmək üçün zəruri bilik və praktiki alətlərlə təmin etməkdir.

Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib
Məqalədə: #Bakı Şəhər İcra Hakimiyyəti

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.