9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin Avropa Birliyinə ixracı 116 milyard dolları ötüb (ÖZƏL)

Keçən ilin dekabr ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 8,3 faiz artaraq 9 milyard 956 milyon 11 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 7,7 faiz artaraq, 116 milyard 908 milyon 78 min dollar olub.

13 Fevral 2026 18:00
Türkiyənin Avropa Birliyinə ixracı 116 milyard dolları ötüb (ÖZƏL)
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

Keçən ilin dekabr ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 8,3 faiz artaraq 9 milyard 956 milyon 11 min dollar olub.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 7,7 faiz artaraq, 116 milyard 908 milyon 78 min dollar olub.

“Keçən ilin dekabr ayında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 11 milyard 837 milyon 240 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, keçən ilin yanvar – dekabr aylarında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4,8 faiz artaraq, 115 milyard 717 milyon 987 min dollar təşkil edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 62 milyard 47 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 12,7 faiz artaraq 26 milyard 373 milyon dollar, idxalı isə 10.7 faiz artaraq 35 milyon 674 min dollar olub.

“Keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 273 milyard 361 milyon dollara, idxalı isə 6,2 faiz artaraq 365 milyard 370 milyon dollar olub.

Qeyd edək ki, 2024-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Məqalədə: #Türkiyə İxracatçılar Məclisi #Türkiyənin xarici ticarət dövriyyəsi #Avropa Birliyi #ixracat #xarici ticarət #xarici ticarət dövriyyəsi #Türkiyə ixracat statistikası #2025 Türkiyə ixracat statistikası #Türkiyə xarici ticarət statistikası #Türkiyə İxracatçılar Məclisi (TİM) #TÜİK ixracat məlumatları

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.