8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

“AzerGold” QSC ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və İnstitutun baş direktoru, akademik Akif Əlizadə imzalayıblar.

13 Fevral 2026 21:34
“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

“AzerGold” QSC ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və İnstitutun baş direktoru, akademik Akif Əlizadə imzalayıblar.

AzerVoice xəbər verir ki, memorandum Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində elmin, iqtisadiyyat və sənayenin inkişafındakı roluna dair müəyyən etdiyi strateji istiqamətlərin praktiki icrasına xidmət edir. Sənəd hər iki qurumun elm və sənaye arasında əməkdaşlığının yeni mərhələyə keçidini təmin edəcək.

Anlaşma Memorandumu elmi-texniki əməkdaşlığın genişləndirilməsi, yer təkinin tədqiqi sahəsində innovativ fəaliyyətlərin təşviqi, nəcib, əlvan və qara metal filiz yataqlarının geoloji-geofiziki öyrənilməsi, dağ-mədən sahəsi üzrə ixtisaslaşmış kadr potensialının formalaşdırılmasına dəstək, eləcə də məsləhət və texniki təlim xidmətlərinin təşkili kimi mühüm istiqamətləri əhatə edir.

Sənəd çərçivəsində ölkə ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qızıl filizləşməsinin tədqiqi və qiymətləndirilməsi, regiondakı qızıl yataqlarının müqayisəli mineraloji və geokimyəvi təhlilinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bununla yanaşı, innovativ texnologiyaların tətbiqi əsasında həmin ərazilərin müasir geoloji və tektonik xəritələrinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında ilk Anlaşma Memorandumu 2016-cı ildə imzalanıb. Həmin sənəd çərçivəsində institut alimləri tərəfindən istehsalat tullantılarının sənayedə istifadəsi perspektivlərinə dair elmi əsaslandırılmış yanaşmalar hazırlanıb. İnstitutun alim və mütəxəssislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə olunub. Bu əməkdaşlıq nəticəsində ölkənin qızıl yataqları üzrə müasir geoloji-genetik modellər işlənib hazırlanıb və həmin modellər hazırda da “AzerGold” QSC-nin geoloqları tərəfindən proqnozlaşdırma və planlaşdırma proseslərində uğurla tətbiq olunur.

“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
Məqalədə: #anlaşma memorandumu #Zakir İbrahimov #AzerGold QSC #Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi #Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu #Milli Elmlər Akademiyası #Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları

Mövzu üzrə digər xəbərlər

ABŞ müqavilə şərtlərini yerinə yetirənədək Hörmüz Boğazı bağlı qalacaq - Qalibaf
İran

ABŞ müqavilə şərtlərini yerinə yetirənədək Hörmüz Boğazı bağlı qalacaq - Qalibaf

18 Avqust 13:20
Hörmüz boğazı ABŞ-İran qarşıdurmasının əsas mövzusu olaraq qalır
Digər Dövlətlər

Hörmüz boğazı ABŞ-İran qarşıdurmasının əsas mövzusu olaraq qalır

13 Avqust 18:11
İran ABŞ ilə anlaşmanın müddəti bitməzdən əvvəl şərtlərində israrlıdır
İran

İran ABŞ ilə anlaşmanın müddəti bitməzdən əvvəl şərtlərində israrlıdır

12 Avqust 19:43
İran-ABŞ anlaşmasının müddəti gələn həftə başa çatır
İran

İran-ABŞ anlaşmasının müddəti gələn həftə başa çatır

12 Avqust 18:20

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.