5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin antiinhisar tənzimləyicisi SOCAR ilə MSC arasındakı sazişi təsdiqləyib

Türkiyənin antiinhisar tənzimləyicisi Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a məxsus "Socar Aliağa Liman İşletmeciliği A.Ş." şirkətinin 50% səhminin dünyanın ən böyük kruiz daşımaları operatoru MSC-nin strukturuna daxil olan liman aktivləri operatoru "Terminal Investment Limited Sarl" tərəfindən alınması üzrə sazişi təsdiqləyib.

18 Mart 2026 16:29
Türkiyənin antiinhisar tənzimləyicisi SOCAR ilə MSC arasındakı sazişi təsdiqləyib

BAKI, VOA

Türkiyənin antiinhisar tənzimləyicisi Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a məxsus "Socar Aliağa Liman İşletmeciliği A.Ş." şirkətinin 50% səhminin dünyanın ən böyük kruiz daşımaları operatoru MSC-nin strukturuna daxil olan liman aktivləri operatoru "Terminal Investment Limited Sarl" tərəfindən alınması üzrə sazişi təsdiqləyib.

VOA xəbər ki, səhm paketi "Socar Turkey Enerji A.Ş."dən alınıb.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası Aİ-nin birləşmələr haqqında reqlamentinə uyğun olaraq "SOCAR Aliağa Liman İşletmeciliği A.Ş." ("SOCAR Terminal") üzərində birgə nəzarətin "SOCAR Turkey Enerji A.Ş" ("STEAS") və "Terminal Investment Switzerland Sàrl" ("TISS") tərəfindən əldə edilməsini təsdiqləyib.

Qeyd edək ki, Egey regionunun ən böyük konteyner limanı olan "SOCAR Terminal 700" metr uzunluğunda fasiləsiz körpüyə, 16 metr dərinliyə, 420 min kvadratmetr liman sahəsinə və 30 min kvadratmetrlik arxa zonaya malikdir ki, bu da ona həm regional, həm də qlobal ticarət baxımından strateji əhəmiyyət verir. Terminal yeni nəsil ULCS sinifli gəmiləri qəbul etmək qabiliyyətinə malikdir, eyni zamanda bir neçə iri gəmini sürətlə xidmətlə təmin edərək gözləmə müddətini minimuma endirir.

"Gələcəyin limanı" konsepsiyası çərçivəsində fəaliyyət göstərən "SOCAR Terminal" əməyin mühafizəsi və təhlükəsizlik üzrə ən yüksək standartları tətbiq edir, rəqəmsallaşma və texnologiyalara yatırımlar hesabına sahədə lider mövqeyini qoruyur. Bununla yanaşı, terminal karbon izinin azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılmasına yönəlmiş dayanıqlı biznes modeli formalaşdırır.

Məqalədə: #SOCAR #SOCAR Türkiyə

Mövzu üzrə digər xəbərlər

Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb
Neft və qaz

Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

13 Avqust 12:05
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
İqtisadiyyat

ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

12 Avqust 09:54
Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov
Siyasət

Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov

6 Avqust 16:05
Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?
Bioqrafiya: Tanınmış simalar

Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

2 Avqust 04:00

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.