4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar
Bioqrafiya: Tanınmış simalar

Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

Azərbaycan neft sənayesi uzun illərdir dünyanın enerji sektoruna yüksək ixtisaslı mühəndislər, texniki mütəxəssislər və idarəetmə sahəsində peşəkar kadrlar qazandırır. Bu mütəxəssislər arasında öz zəngin beynəlxalq təcrübəsi, həyata keçirdiyi yenilikçi layihələr və insan kapitalının inkişafına verdiyi töhfələrlə seçilən simalardan biri də Hüseyn Hacıyevdir.

2 Avqust 2026 04:00
Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

BAKI,VOA

Azərbaycan neft sənayesi uzun illərdir dünyanın enerji sektoruna yüksək ixtisaslı mühəndislər, texniki mütəxəssislər və idarəetmə sahəsində peşəkar kadrlar qazandırır. Bu mütəxəssislər arasında öz zəngin beynəlxalq təcrübəsi, həyata keçirdiyi yenilikçi layihələr və insan kapitalının inkişafına verdiyi töhfələrlə seçilən simalardan biri də Hüseyn Hacıyevdir.

26 ildən artıq peşəkar fəaliyyətə malik olan Hüseyn Hacıyev əmək fəaliyyətinə Azərbaycanda başlayaraq, sonrakı illərdə dünyanın aparıcı enerji şirkətlərində məsul vəzifələrdə çalışmış, topladığı bilik və təcrübə ilə Azərbaycan mühəndislik məktəbini beynəlxalq səviyyədə uğurla təmsil edib.

SOCAR-da başlayan peşəkar yol

Hüseyn Hacıyevin peşəkar fəaliyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) mexanik vəzifəsindən başlayıb. O, hasilat sahələrində neft-mədən avadanlıqlarının istismarı, texniki xidməti və təmiri üzrə çalışaraq qısa müddətdə yüksək peşəkarlığı ilə seçilib.

Sonradan texniki xidmət üzrə rəhbər vəzifəsinə yüksələn Hüseyn Hacıyev istehsalat proseslərinin idarə olunması, texniki xidmət sistemlərinin təşkili, avadanlıqların etibarlılığının artırılması və gənc mütəxəssislərin hazırlanması istiqamətində mühüm təcrübə qazanıb. Məhz həmin illər onun gələcək beynəlxalq fəaliyyətinin əsasını təşkil edib.

BP Azerbaijan – beynəlxalq standartlara doğru yeni mərhələ

Sonrakı mərhələdə Hüseyn Hacıyev BP Azerbaijan şirkətində fəaliyyətini davam etdirərək Xəzər dənizində yerləşən istehsalat platformalarında mexanik kimi çalışıb.

Burada qazandığı bilik və təcrübə nəticəsində o, BP-nin Bacarıqların Təminatı Sistemi çərçivəsində təlimçi, bacarıqların qiymətləndirilməsi üzrə mütəxəssis və daxili yoxlayıcı kimi fəaliyyət göstərib. Bu dövrdə yüzlərlə azərbaycanlı texniki mütəxəssisin beynəlxalq standartlara uyğun hazırlanmasına, peşə bacarıqlarının qiymətləndirilməsinə və inkişafına töhfə verib.

Beynəlxalq şirkətlərdə uğurlu fəaliyyət

Hüseyn Hacıyevin peşəkar fəaliyyəti sonrakı illərdə dünyanın aparıcı enerji şirkətlərini əhatə edib.

O, PDO/Shell Oman şirkətində iş yerində təlim üzrə mütəxəssis kimi fəaliyyət göstərərək Oman vətəndaşlarının peşəkar hazırlığı proqramlarında iştirak edib.

Petrofac Training Services (Malayziya) şirkətində beynəlxalq təlim proqramlarının hazırlanması və qiymətləndirilməsi, Anton Oil şirkətində İraqın West Qurna layihəsində iş yerində təlim və bacarıqların qiymətləndirilməsi, ADNOC Texniki Akademiyasında isə mühəndis və texniki mütəxəssislərin hazırlanması istiqamətində çalışıb. Bu fəaliyyətlər nəticəsində müxtəlif ölkələrdən olan çoxsaylı mütəxəssislərin peşəkar inkişafına töhfə verib.

OQ Base Industry-də mühüm yeniliyin müəllifi

Hazırda Hüseyn Hacıyev Omanın OQ Base Industry şirkətində İnsan Resurslarının Texniki İnkişafı üzrə Ekspert və Bacarıqların İdarəedilməsi Sistemi Layihəsinin İcra Rəhbəri kimi fəaliyyət göstərir. Onun əsas vəzifəsi təşkilatın texniki və qeyri-texniki əməkdaşları üçün bacarıqların idarə olunması sisteminin hazırlanması, tətbiqi və davamlı inkişafının təmin edilməsidir.

Onun rəhbərliyi altında həyata keçirilən yenilikçi layihə

Hüseyn Hacıyevin peşəkar fəaliyyətinin ən mühüm nailiyyətlərindən biri qeyri-texniki işçilər üçün Bacarıqların İdarəedilməsi Sisteminin hazırlanması və tətbiqi layihəsinə rəhbərlik etməsi olmuşdur.

Bu layihə onun rəhbərliyi altında hazırlanmış, planlaşdırılmış və mərhələli şəkildə uğurla həyata keçirilmişdir.

Layihə çərçivəsində İnsan Resursları, Maliyyə, Satınalma, Hüquq, Strategiya, İnformasiya Texnologiyaları, Rəqəmsal Həllər, Korporativ Xidmətlər və digər qeyri-texniki struktur bölmələr üçün bacarıq standartları hazırlanıb,vəzifə səriştələri müəyyən edilib. Eyni zamanda layihə çərçivəsində fəaliyyət meyarları işlənib hazırlanıb, qiymətləndirmə mexanizmləri yaradılıb və eləcə də,
inkişaf proqramları formalaşdırılıb Bütün bunlarla yanaşı, bacarıqların qiymətləndirilməsi üzrə təlimatlar və tapşırıq kitabçaları hazırlanaraq, sistem təşkilat daxilində tətbiq edilərək istifadəyə verilib.

Bu layihə nəticəsində qeyri-texniki əməkdaşların peşəkar inkişafı ilk dəfə sistemli və vahid yanaşma əsasında idarə olunmağa başlanılıb.

Beynəlxalq təcrübəsini Azərbaycan adına uğurla nümayiş etdirir

Hüseyn Hacıyev beynəlxalq səviyyədə tanınan OPITO tərəfindən akkreditə olunmuş bacarıqların qiymətləndirilməsi üzrə mütəxəssis və daxili yoxlayıcı sertifikatlarına malikdir. Bundan əlavə, o, beynəlxalq məşqçilik və peşəkar inkişaf proqramlarını uğurla başa vuraraq insan kapitalının inkişafı sahəsində ixtisaslaşmışdır.

Bu gün o, dünyanın müxtəlif ölkələrində qazandığı təcrübəni müasir idarəetmə yanaşmaları ilə birləşdirərək təşkilatlarda bacarıqların idarə olunması, peşəkar inkişaf və insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycanlı mütəxəssis kimi əldə etdiyi uğurlar göstərir ki, ölkəmizin yetişdirdiyi peşəkarlar yalnız beynəlxalq şirkətlərdə çalışmaqla kifayətlənmir, eyni zamanda yeni layihələrin hazırlanmasına, qabaqcıl idarəetmə sistemlərinin qurulmasına və təşkilatların inkişafına mühüm töhfələr verirlər.

Hüseyn Hacıyevin peşəkar yolu gənc mühəndislər, insan resursları mütəxəssisləri və gələcəyin rəhbərləri üçün bilik, zəhmət, peşəkarlıq və daim inkişaf etməyin uğura aparan əsas yol olduğunu bir daha nümayiş etdirir.

Məqalədə: #SOCAR #Xəzər dənizi #bp Azerbaijan #ADNOC #Hüseyn Hacıyev kimdir? #Hüseyn Hacıyev #Azərbaycan Respublikası Dövlət Neft Şirkəti #PDO/Shell Oman #Anton Oil #İraqın West Qurna #OQ Base #OPITO

Mövzu üzrə digər xəbərlər

Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova
İqtisadiyyat

Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

1 Sentyabr 12:53
BƏƏ Hörmüz boğazında ADNOC gəmisinə hücumu pisləyib
BƏƏ

BƏƏ Hörmüz boğazında ADNOC gəmisinə hücumu pisləyib

15 Avqust 18:13
BƏƏ Hörmüz boğazında iki ADNOC gəmisinə hücumu sərt şəkildə pisləyib
BƏƏ

BƏƏ Hörmüz boğazında iki ADNOC gəmisinə hücumu sərt şəkildə pisləyib

14 Avqust 11:36
Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb
Neft və qaz

Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

13 Avqust 12:05

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.