8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

Balıqçılıq sahəsində yeni nəzarət yanaşmaları təsərrüfatlarda hər dəfə yerində yoxlama aparmadan da proseslərin izlənilməsinə imkan verəcək.

1 Sentyabr 2026 12:53
Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

BAKI,VOA

Balıqçılıq sahəsində yeni nəzarət yanaşmaları təsərrüfatlarda hər dəfə yerində yoxlama aparmadan da proseslərin izlənilməsinə imkan verəcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, balıqçılıq ümumi ekosistemin tərkib hissəsi olduğundan və biomüxtəlifliyin qorunmasına təsir göstərdiyindən bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də müvafiq nəzarət funksiyaları mövcuddur.

Nazir müavininin sözlərinə görə, nəzarət mexanizmləri fəaliyyət istiqamətindən asılı olaraq fərqlənir. Akvakultura təsərrüfatlarında süni şəraitdə balıq yetişdirilməsi ilə təbii su hövzələrində balıq ovu fərqli nəzarət yanaşmaları tələb edir.

“Əgər təbii ərazilərdə, Xəzər dənizində və ya çaylarda balıq ovu həyata keçirilirsə, bu, ölkədə müəyyən edilmiş kvotalara və balıq ovuna icazə verilən müddətlərə uyğun aparılmalıdır”, - İ.Qədimova bildirib.

O qeyd edib ki, icazə verilən dövrlərdən kənar balıq ovu aşkarlandıqda qanunvericiliyə uyğun müvafiq məsuliyyət tədbirləri tətbiq edilir.

Akvakultura təsərrüfatlarında isə əsas məsələlərdən biri təsərrüfatın tələblərə uyğun qurulmasıdır. Nazir müavini bildirib ki, düzgün təşkil edilməyən akvakultura təsərrüfatı ətrafdakı torpaq və su ekosisteminə zərər verə bilər.

İ.Qədimovanın sözlərinə görə, nəzarətin məqsədi yalnız pozuntuların aşkarlanması deyil, eyni zamanda təsərrüfatların düzgün qurulmasını və fəaliyyətin müəyyən edilmiş qaydalara uyğun aparılmasını təmin etməkdir.

O vurğulayıb ki, balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi bütün hallarda müfəttişlərin təsərrüfatlara gedərək yerində yoxlama aparmasını tələb etmir.

“Əgər ölkədə balıq dövriyyəsini nəzarət altında saxlaya bilirsinizsə, yəni məhsulun alqı-satqısını, kim tərəfindən satıldığını və hansı balıqların satıldığını müşahidə edə bilirsinizsə, prosesə nəzarət etmək mümkündür”, - nazir müavini bildirib.

İ.Qədimova əlavə edib ki, yeni yanaşmalar balıqçılıq təsərrüfatlarının düzgün formalaşdırılması, müəyyən edilmiş kvotalara əməl olunması və balıq məhsullarının dövriyyəsinin izlənilməsini təmin etməyə yönəlib.

Məqalədə: #Ekologiya və Təbii Sərvətlər Nazirliyi #Xəzər dənizi #Mətbuat konfransı #Balıqçılıq sahəsi #İlhamə Qədimova #Azərbaycan Respublikasının Qanunu #Balıqçılıq haqqında #Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu #ekosistemin tərkib hissəsi #biomüxtəlifliyin qorunması

Mövzu üzrə digər xəbərlər

2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov
İqtisadiyyat

2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

1 Sentyabr 12:48
Qazaxıstan Xəzər dənizinin monitorinqinə 2,36 milyon dollar vəsait ayırıb
Qazaxıstan

Qazaxıstan Xəzər dənizinin monitorinqinə 2,36 milyon dollar vəsait ayırıb

12 Avqust 16:19
Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur – Əraqçi
İran

Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur – Əraqçi

8 Avqust 17:25
Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?
Kim-Kimdir?

Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

2 Avqust 04:00

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.