6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur – Əraqçi

Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın İran parlamentində ratifikasiyası İranın mənafeyinə uyğundur. Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İran prezidenti Məsud Pezeşkianın jurnalistlərlə təşkil olunan mətbuat konfransında deyib.

8 Avqust 2026 17:25
Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur – Əraqçi

BAKI,VOA

Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın İran parlamentində ratifikasiyası İranın mənafeyinə uyğundur.

Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İran prezidenti Məsud Pezeşkianın jurnalistlərlə təşkil olunan mətbuat konfransında deyib.

“Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya 2018 və 2019-cu illərdə o vaxtkı hökumət tərəfindən qərarın verilməsi məqsədilə İran parlamentinə göndərilib. Dörd sahilyanı ölkə sözügedən konvensiyanı qəbul edib. İranın bu konvensiyanı qəbul etməsi parlamentin ratifikasiyasından asılıdır”, - deyə o qeyd edib.

Əraqçi deyib ki, Rusiya kimi ölkələr bu konvensiyanın dərhal icra olunmasını istəyir.

İranlı nazir bildirib ki, sözügedən konvensiyada dənizdə İranın payı məsələsi irəli sürülmür. Bu məsələ ikitərəfli və üçtərəfli formatda müzakirələrə bağlıdır.

Əlavə edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5 sahilyanı ölkə - Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya yerləşir.

2018-ci il 12 avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) 5-ci sammitində dövlət başçıları tərəfindən Xəzər dənizinin hüquqi statustu haqqında konvensiya imzalanıb. Konvensiya 4 ölkənin parlamentində ratifikasiya olunsa da, indiyədək İran parlamentində ratifikasiya olunmayıb.

Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyada ölkələrin payı ölkələr arasında ikitərəfli razılaşma çərçivəsində həll olunması nəzərdə tutulub.

Məqalədə: #Xəzər dənizi #İran XİN #Abbas Əraqçi #Xəzər dənizinin hüquqi statusu

Mövzu üzrə digər xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

4 Sentyabr 17:14
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova
İqtisadiyyat

Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

1 Sentyabr 12:53

Son Xəbərlər

Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.