13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə ilə “yaşıl” enerjinin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanılıb - Nazir

21 Dekabr 2023 16:04
Türkiyə ilə “yaşıl” enerjinin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanılıb - Nazir

Bakı. AzerPress:

Azərbaycanla Türkiyə regionda birgə “yaşıl” gələcək inşa etmək üçün böyük imkanlara, örnək enerji əməkdaşlığı modelinə, ən əsası dövlət rəhbərlərinin timsalında güclü siyasi dəstəyə malik olan mütəffiqlərdir.

AzerPress xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Yaşıl enerji və smart city” mövzusundakı panelində çıxışı zamanı deyib.

“Azərbaycanın 2030-cu ilədək təmiz ətraf mühitə və “yaşıl artım”a, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl” enerji zonaları kimi inkişafına nail olmağı, “yaşıl” enerjinin təchizatçısına çevrilməyi hədəfləyən strategiyası Azərbaycan-Türkiyə enerji əməkdaşlığının bu yeni istiqamətdə inkişafını təşviq edir. Azərbaycan Prezidenti İlham Əliyevin bərpa olunan enerjinin inkişafını və bu enerjinin müxtəlif marşrutlarla dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti Türkiyə ilə “yaşıl” enerji dəhlizinin qurulmasını, ölkəmizlə Avropa arasında elektrik enerjisi üzrə də körpü olmasını şərtləndirir.

Türkiyə ilə “yaşıl” enerjinin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanılıb. Növbəti illərdə 10 qiqavatadək “yaşıl” enerji güclərinin yaradılması və bunun 5 qiqavatının müxtəlif marşrutlarla ixracı ilə bağlı planlarımızda Türkiyə əsas tərəfdaşlarımızdandır. Türkiyə ilə “yaşıl” enerji tərəfdaşlığımızın əsas ağırlıq mərkəzləri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur kimi geostrateji əhəmiyyətli bölgələrimizdir”, - deyə nazir əlavə edib.

Pərviz Şahbazovun sözlərinə görə, Türkiyənin “Baltech” şirkəti ilə əməkdaşlıq təkcə yaşıl enerjinin istehsalı ilə məhdudlaşmır, eyni zamanda bu enerjinin Türkiyəyə ötürülməsi, şəbəkəyə inteqrasiyası kimi istiqamətləri əhatə edir:

“Bununla yanaşı, Naxçıvanda beynəlxalq enerji şirkətləri ilə “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq edilir ki, burada da diqqət istehsal olunacaq enerjinin əsasən Türkiyə istiqamətində ixracına yönəlib. Naxçıvandan 1000 meqavatdan çox enerjinin Türkiyə və Avropaya ixracı strateji hədəfinə uyğun olaraq Azərbaycan - Türkiyə - Avropa enerji dəhlizinin yaradılması əsas prioritetlərimizdən biridir. Bu məqsədlə hazırda enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, habelə enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyası Şəbəkəsinə (ENTSO-E) qoşulması ilə əlaqədar müvafiq addımlar atılır”.

Nazir bildirib ki, “Türkiyə - Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası ilə əlaqədar “TEİAŞ” və “Azərenerji” ASC arasında 2023-2025-ci illər üzrə Yol Xəritəsi həyata keçirilir.

Türkiyə ilə “yaşıl” enerjinin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanılıb - Nazir
Məqalədə: #Türkiyə #Qarabağ #Pərviz Şahbazov #Energetika Nazirliyi #Şərqi Zəngəzur

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.