4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Fevralda Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2 milyard dolları ötüb (ÖZƏL)

2026-ci ilin fevral ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 2 milyard 892 milyon 728 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – fevral ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 5,9 faiz azalaraq, 5 milyard 550 milyon 984 min dollar olub.

1 Aprel 2026 14:00
Fevralda Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2 milyard dolları ötüb (ÖZƏL)

BAKI, VOA, Orxan Qədirzadə

2026-ci ilin fevral ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 2 milyard 892 milyon 728 min dollar olub.

Bu barədə VOA-ya Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – fevral ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 5,9 faiz azalaraq, 5 milyard 550 milyon 984 min dollar olub.

“Bu ilin fevral ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2025 -ci ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz azalaraq 3 milyard 793 milyon 11 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən bildiriblər ki, 2026-cı ilin yanvar – fevral aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 24,4 faiz azalaraq, 7 milyard 983 milyon 381 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 29 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz artaraq 21 milyard 49 milyon dollar, idxalı isə 5,5 faiz artaraq 30 milyon 80 min dollar olub.

“Bu ilin yanvar – fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 100 milyard 137 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2026-cı ilin yanvar- fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 41 milyard 361 milyon dollara, idxalı isə 2,8 faiz artaraq 58 milyard 776 milyon dollar olub.

Qeyd edək ki, keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb.

Məqalədə: #Türkiyə Ticarət Nazirliyi #Türkiyənin xarici ticarət dövriyyəsi #Türkiyənin Qaradəniz ölkələrinə ixracatı #Türkiyənin Qaradəniz ölkələrindən idxalı

Mövzu üzrə digər xəbərlər

İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)
Biznes

İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)

1 Sentyabr 10:22
Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib
Türkiyə

Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

30 Avqust 09:18
Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı xeyli artıb (ÖZƏL)
Türkiyə

Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı xeyli artıb (ÖZƏL)

16 İyul 09:45
Türkiyənin Azərbaycana mebel ixracı xeyli artıb (ÖZƏL)
Türkiyə

Türkiyənin Azərbaycana mebel ixracı xeyli artıb (ÖZƏL)

16 İyul 09:05

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.