4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib

Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə İslam İnkişaf Bankı Qrupunun (IsDB) Gənclər üzrə Tanıtım (Youth Roadshow) layihəsi çərçivəsində “IsDB-ni kəşf et: Gənclər üçün imkanlar” mövzusunda tədbir keçirilib.

6 May 2026 18:06
UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib

BAKI.VOA

Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə İslam İnkişaf Bankı Qrupunun (IsDB) Gənclər üzrə Tanıtım (Youth Roadshow) layihəsi çərçivəsində “IsDB-ni kəşf et: Gənclər üçün imkanlar” mövzusunda tədbir keçirilib.

VOA xəbər verir ki, 2026-cı ilin iyun ayında Bakıda baş tutacaq IsDB-nin İllik Toplantıları və 14-cü Gənclər İnkişaf Forumu öncəsi hazırlıq xarakteri daşıyan görüş gəncləri bankın fəaliyyəti, beynəlxalq inkişaf institutlarının iş mexanizmi və təqdim olunan qlobal perspektivlər barədə məlumatlandırmaq məqsədi daşıyıb.

Forumun açılışında İslam İnkişaf Bankının departament meneceri Ahmed Faruk Diken iştirakçıları salamlayaraq, bank tərəfindən gənclərin inkişaf strategiyası istiqamətində həyata keçirilən layihələr, qlobal gənclər forumu və qarşıdan gələn mühüm tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verib.

UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov çıxışında müxtəlif ali təhsil müəssisələrindən olan gəncləri bir araya gətirən bu platformanın gələcəyin liderlərinin formalaşması, akademik mühitdə inteqrasiyanın dərinləşdirilməsi və birgə layihələrin təşviqi baxımından strateji rolunu vurğulayıb. O, Azərbaycan ilə IsDB arasında uzunmüddətli etimada söykənən tərəfdaşlığı qeyd edərək, UNEC-in beynəlxalq təşkilatlarla genişlənən əlaqələrində bu əməkdaşlığın xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Tədbirdə IsDB nümayəndələri – bankın bölmə meneceri, UNEC məzunu Elvin Əfəndi, Ali Riza Kayar, Dina Moussa, Mohamed Abdeltavab, Xalid Al Qabasani, Zeynəb Alsayed və Rahmalia Devita maraqlı təqdimatlarla çıxış ediblər. IsDB-nin təqaüdünü qazanmış UNEC-in gənc müəllimi Zülfüqar İbrahimovun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdimatlarda gənclərin fərdi və peşəkar inkişafı üçün mühüm olan bankın təqaüd proqramları, eləcə də Gənc Peşəkarlar Proqramı (YPP) üzrə mövcud karyera imkanları barədə ətraflı məlumat verilib.

Tədbirin interaktiv hissəsi olan “Fireside Chat” (Səmimi söhbət) sessiyasında bankın nümayəndələri öz uğur hekayələrini və beynəlxalq təcrübələrini iştirakçılarla bölüşərək, gəncləri gələcək karyeralarını beynəlxalq inkişaf sahəsində qurmaq üçün motivasiya ediblər.

Forumun yekununda gənclər iyunun 16-da keçiriləcək qlobal tədbirlərdə fəal iştiraka dəvət olunub və qeydiyyat prosesi ilə bağlı təlimatlandırılıblar.

Tədbir öz işini mayın 7-də davam etdirəcək.

UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib
Məqalədə: #UNEC #IsDB #İslamİnkişafBankı #GənclərForumu #YouthRoadshow #AhmedFarukDiken #ŞaiqƏsgərov #TəqaüdProqramı #Gənclərinİnkişafı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir
Cəmiyyət

Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

18 İyul 09:11
İİB nümayəndə heyəti Qarabağda bərpa və infrastruktur layihələri ilə tanış olub
İqtisadiyyat

İİB nümayəndə heyəti Qarabağda bərpa və infrastruktur layihələri ilə tanış olub

8 May 20:49
İslam İnkişaf Bankının sədri Azərbaycana rəsmi səfər edəcək
İqtisadiyyat

İslam İnkişaf Bankının sədri Azərbaycana rəsmi səfər edəcək

2 May 17:11
Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub
ArabSport

Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

11 Yanvar 13:45

Son Xəbərlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.