İİB nümayəndə heyəti Qarabağda bərpa və infrastruktur layihələri ilə tanış olub
İqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti Qarabağa səfər edərək Ağdam Sənaye Parkı, təhsil və sosial infrastruktur obyektləri, eləcə də Şuşa və Xankəndidə həyata keçirilən bərpa-quruculuq layihələri ilə tanış olublar. Səfər zamanı regionda investisiya imkanları və İİB ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib
Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə İslam İnkişaf Bankı Qrupunun (IsDB) Gənclər üzrə Tanıtım (Youth Roadshow) layihəsi çərçivəsində “IsDB-ni kəşf et: Gənclər üçün imkanlar” mövzusunda tədbir keçirilib.