4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Bakıda Halal Biznes Forumu keçiriləcək

Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantısı çərçivəsində Halal Biznes Forumu keçiriləcək. Bu barədə Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlığa həsr olunmuş təqdimat zamanı İslam İnkişaf Bankı Qrupunun Biznes Forumunun (THIQAH) əlaqələr və tədbirlərin idarə olunması şöbəsinin meneceri Sahal Əl-Mərvai bildirib.

7 May 2026 15:23
Bakıda Halal Biznes Forumu keçiriləcək

BAKI,VOA

Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantısı çərçivəsində Halal Biznes Forumu keçiriləcək.

VOA xəbər verir ki, bu barədə Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlığa həsr olunmuş təqdimat zamanı İslam İnkişaf Bankı Qrupunun Biznes Forumunun (THIQAH) əlaqələr və tədbirlərin idarə olunması şöbəsinin meneceri Sahal Əl-Mərvai bildirib.

“THIQAH ilk dəfə olaraq Halal Biznes Forumunu təşkil edir. Hesab edirəm ki, Azərbaycan bu gün bu sahədə ən qabaqcıl ölkələrdən biridir. Həmçinin AZPROMO və İqtisadiyyat Nazirliyindən olan həmkarlarımızla sıx əməkdaşlıq çərçivəsində investisiyaların təşviqi agentliklərinin potensialının artırılmasına dair "vorkşop" da nəzərdə tutulub. Ayrı bir diqqət startap müsabiqəsinə yönəldiləcək; bu, çox vacib təşəbbüsdür və mən bu barədə daha sonra ətraflı danışacağam. Əlbəttə, proqramda PSF sərgisi də yer alacaq. Biz Bakıya beynəlxalq təşkilatları, ticarət-sənaye palatalarını, investisiyaların təşviqi agentliklərini, biznes assosiasiyalarını və digər tərəfdaşları dəvət etməyi planlaşdırırıq. Artıq iştirakçılarımızdan bir neçə təsdiq almışıq”,- deyə o bildirib.

Onun sözlərinə görə, sərgi bir neçə kateqoriyaya bölünəcək: üzv ölkələrin sərgisi, IsDB qrupunun sərgisi və ev sahibi ölkənin sərgisi.

“Bundan əlavə, tərəfdaşlara öz layihələrini və imkanlarını təqdim etmələri üçün ayrıca zona ayrılacaq. Həmçinin biz B2B və B2G platforması hazırlamışıq. Bu platforma üçün xüsusi zona yaradılacaq və burada işgüzar görüşlər keçiriləcək. Hamını bu platformada qeydiyyatdan keçməyə dəvət edirik. Bu istiqamətə cavabdeh ayrıca komandamız fəaliyyət göstərir. Tədbirin minlərlə iştirakçını bir araya gətirəcəyini nəzərə alsaq, bu, əla imkandır. Platforma artıq istifadəyə verilib və linki yaxın vaxtlarda təqdim edəcəyik”,- deyə o əlavə edib.

S. Əl-Mərvainin sözlərinə görə, əlavə olaraq, ticarət maliyyələşdirilməsi, ixrac kreditləşdirilməsi və özəl sektorun inkişafı sahəsində mötəbər nailiyyətlərin tanınmasına yönəlmiş PSF 2026 mükafatı da təsis olunub:

“Hər təşkilat üçün iki mükafat nəzərdə tutulub: ICF, ICD və ITFC üçün. Qiymətləndirmə müstəqil münsiflər və daxili ekspertlər tərəfindən aparılacaq. Biz özəl sektor şirkətlərini iştirak üçün ərizə ilə müraciət etməyə dəvət edirik.

AZPROMO və COPIA ilə tərəfdaşlıq çərçivəsində ICDB qrupunun beşinci innovasiya və startap müsabiqəsi keçiriləcək”.

Onun sözlərinə görə, müsabiqə üç istiqaməti əhatə edir: fintex və kibertəhlükəsizlik, dayanıqlı inkişaf, aqrotexnologiyalar və ərzaq təhlükəsizliyi, eləcə də insan inkişafı və sosial xidmətlər.

“300-dən çox startapın, eləcə də 35-dən artıq inkubator, akselerator və vençur fondunun iştirakı gözlənilir. Nəticədə 9 qalib müəyyən ediləcək və onlara inkişaf etməkdə olduqları müddət ərzində dəstək göstəriləcək.

Bu günə qədər Azərbaycandan artıq təxminən 200–250 layihə qəbul etmişik ki, bu da mühüm nailiyyətdir. Həmçinin marketinq və kommunikasiya planı da hazırlanıb”,- deyə o vurğulayıb.

Məqalədə: #İslam İnkişaf Bankı (IsDB) Qrupu #İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantısı #Halal Biznes Forumu #Sahal Əl-Mərvai

Mövzu üzrə digər xəbərlər

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
İqtisadiyyat

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

3 Sentyabr 10:52
Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir
Biznes

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

2 Sentyabr 11:57

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.