12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

“Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, AQTA sədri Qoşqar Təhməzli və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərinə baxış keçiriblər. Sərgidə aqrar innovasiyalar, süni intellekt əsaslı texnologiyalar, rəqəmsal kənd təsərrüfatı həlləri və beynəlxalq əməkdaşlıq imkanları nümayiş olunub. Tədbirdə yerli və xarici şirkətlərin stendləri ziyarət edilib, aqrar və qida sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi və məhsuldarlığın artırılması məsələləri diqqət mərkəzində olub.

8 May 2026 18:50
“Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib

BAKI, VOA

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərinə baxış keçirib.

VOA xəbər verir ki, baxış zamanı sərgi pavilyonlarında kənd təsərrüfatı, qida sənayesi, aqrar texnologiyalar, suvarma sistemləri, kənd təsərrüfatı texnikaları və emal sənayesi sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərin stendləri ziyarət edilib. Təqdim olunan innovativ məhsullar, müasir texnologiyalar və yeni xidmətlər barədə ətraflı məlumat verilib.

Ziyarətçilər Kənd Təsərrüfatı Nazirliyinin geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendində də olub. Burada aqrar sahədə innovasiya və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrə xüsusi yer ayrılıb. Stenddə aqrar sahədə dövlət dəstəyi, innovasiya, elm, startap ekosistemi və özəl sektor əməkdaşlığını vahid platformada birləşdirərək ziyarətçilər üçün geniş məlumatlandırma və əməkdaşlıq imkanları yaradıb.

Sərgidə aqrar startapçılar və müxtəlif universitetlərin tələbələri “Aqrar sahədə süni zəka”, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihələri çərçivəsində innovativ həllər, texnoloji məhsullar və prototipləri ilə çıxış ediblər. Nümayiş olunan innovativ həllər arasında ağıllı kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, avtomatlaşdırılmış idarəetmə həlləri və məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar yer alıb.

Sərgidə un məmulatları və şokoladdan hazırlanmış əl işlərinə də baxış keçirilib. Qeyd olunub ki, Azərbaycan və Belarusdan olan kulinar mütəxəssislər tərəfindən hazırlanmış 18 miniatür əl işi kənd təsərrüfatı mövzusuna həsr olunub. Bu əl işlərindən ən tezi iki həftəyə, ən geci 3 aya hazırlanıb.

“Caspian Agro” və “InterFood Azerbaijan” regionun aqrar və qida sənayesi sahəsində ən nüfuzlu tədbirlərindən biri hesab edilir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət, investor və mütəxəssisi bir araya gətirərək aqrar və qida sənayesi sahəsində yeni əməkdaşlıq platforması rolunu oynayır.

Baxış zamanı aqrar sahədə innovasiyaların tətbiqi, ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldarlığın artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Sərgilərin kənd təsərrüfatı və qida sənayesinin inkişafına, həmçinin yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb. Görüşlər zamanı aqrar sektorun inkişafı, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

“Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib
Məqalədə: #Aqrar İnnovasiya Mərkəzi #ərzaq təhlükəsizliyi #KəndTəsərrüfatı #MəcnunMəmmədov #KəndTəsərrüfatıNazirliyi #CaspianAgro2026 #InterFoodAzerbaijan #Süniİntellekt

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.