“Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, AQTA sədri Qoşqar Təhməzli və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərinə baxış keçiriblər. Sərgidə aqrar innovasiyalar, süni intellekt əsaslı texnologiyalar, rəqəmsal kənd təsərrüfatı həlləri və beynəlxalq əməkdaşlıq imkanları nümayiş olunub. Tədbirdə yerli və xarici şirkətlərin stendləri ziyarət edilib, aqrar və qida sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi və məhsuldarlığın artırılması məsələləri diqqət mərkəzində olub.
Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı əməkdaşlığı genişlənir
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro Week) çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ilə görüşüb.