5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı əməkdaşlığı genişlənir

19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro Week) çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ilə görüşüb.

5 May 2026 18:24
Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı əməkdaşlığı genişlənir

BAKI,VOA

Azərbaycan Gürcüstanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə ediblər.

VOA bu barədə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro Week) çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ilə görüşüb.

Nazir Məcnun Məmmədov “Caspian Agro” sərgisini regionun bu sahədə ən böyük tədbirilərindən biri adlandırıb. Qeyd edib ki, sərgi iştirakçılarının sayı və tədbirə maraq ildən ilə artmaqda davam edir. Gürcüstanın builki sərgidə milli pavilyonu ilə təmsil olunmasından məmnun olduğunu deyən nazir bu platformanın Azərbaycan və tərəfdaş ölkələr arasında iqtisadi əlaqələri daha da gücləndirəcəyinə və biznes icmaları arasında yeni əlaqələrin qurulmasına kömək edəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, transsərhəd xəstəliklərlə mübarizə üçün birgə səylərin artırılması, elmi tədqiqatlar və aqrar təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrup arasında fəaliyyətin genişləndirilməsi, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsinin aparılması müzakirə olunub. Bundan başqa , kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi, akvakultura və balıqçılıq sahəsində əməkdaşlıq, transsərhəd heyvan və bitki xəstəlikləri ilə bağlı müntəzəm məlumat mübadiləsinin təmin edilməsi, xüsusilə təhlükəli xəstəliklərə qarşı birgə fəaliyyət imkanlarının araşdırılması, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə: #Azərbaycan #Gürcüstan #CaspianAgroWeek #KəndTəsərrüfatı #MəcnunMəmmədov #DavidSonqulaşvili #NazirlərGörüşü #AqrarSektor #BeynəlxalqSərgi #KəndTəsərrüfatıNazirliyi

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.