4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib

WUF13 çərçivəsində keçirilən D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqunda iştirakçılar dayanıqlı şəhərlərin enerji təminatı, yaşıl enerji layihələri və ağıllı şəhər konsepsiyaları mövzusunda təcrübə mübadiləsi aparıblar.

19 May 2026 18:00
WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib

BAKI,VOA

13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu” keçirilib.

“D-8 regionunda dayanıqlı şəhərlərin enerji ilə təmin edilməsi: enerji keçidlərinin şəhərsalma gündəlikləri ilə uyğunlaşdırılması” mövzusuna həsr olunmuş tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, şəhərlər hazırda qlobal enerji istehlakının təxminən 70 faizini və emissiyaların əsas hissəsini formalaşdırır.

VOA xəbər verir ki, Nazir vurğulayıb ki, bu reallıq D-8 ölkələri üçün şəhərlərin bərpa olunan enerji, enerji səmərəliliyi və aşağı karbon həlləri əsasında inkişafını zəruri edir. Qeyd olunub ki, artan urbanizasiya, enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri çağırışları fonunda yaşıl və ağıllı şəhərlər artıq yalnız inkişaf modeli deyil, həm də enerji keçidinin əsas hərəkətverici qüvvəsinə çevrilir.

Bildirilib ki, Azərbaycan “yaşıl enerji” gündəliyini strateji inkişaf prioriteti kimi irəli apararaq genişmiqyaslı bərpa olunan enerji və regional enerji dəhlizləri layihələri həyata keçirir, “yaşıl enerji zonası” təşəbbüslərini reallaşdırır, enerji səmərəliliyini artırır və elektrik şəbəkələrinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atır.

Gələn il ümumi gücü 2 QVt olan 12 günəş və külək elektrik stansiyasının istismara verilməsi başa çatacaq. Bunun nəticəsində ildə təxminən 2,4 milyon ton istixana qazı emissiyasının qarşısı alınacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda ağıllı kənd və şəhər konsepsiyası əsasında həyata keçirilən quruculuq işlərinin müasir inkişaf siyasətinin parlaq nümunəsi olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, bu ərazilərdə binalarda günəş panelləri, enerji səmərəli həllər və elektrik doldurma infrastrukturu tətbiq olunur. Eyni zamanda, 2030-cu ilədək tikilməsi planlaşdırılan 1650 MVt gücündə bərpa olunan enerji stansiyaları hesabına ildə təxminən 2 milyon ton istixana qazı emissiyasının azaldılması nəzərdə tutulur.

Qeyd edilib ki, ölkənin digər regionlarında da tətbiq olunan bu müasir şəhərsalma modeli D-8 ölkələri üçün də uğurlu təcrübə ola bilər. İnteqrasiya olunmuş yanaşma ilə həm təmiz və səmərəli enerji təchizatını yaxşılaşdırmaq, həm də şəhərləri daha dayanıqlı məkanlara çevirmək mümkündür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmudun açılış nitqlərindən sonra tədbir D-8 ölkələrinin nazir və nazir müavinlərinin çıxışları ilə davam edib.

WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib
Məqalədə: #Yaşıl Enerji #bərpa olunan enerji #Enerji Keçidi #Qarabağ və Şərqi Zəngəzur #D-8 Yüksək Səviyyəli Dialoq #WUF13 2026 #Enerji və Şəhərsalma #Dayanıqlı Şəhərlər #Urbanizasiya Çağırışları #Ağıllı Şəhərlər #Elektrik Şəbəkələrinin Modernləşdirilməsi #Günəş və Külək Elektrik Stansiyaları #İstixana Qazı Emissiyasının Azaldılması

Mövzu üzrə digər xəbərlər

Canadian Solar ABŞ-da yeni günəş elementi zavodunu istifadəyə verib
Digər Xəbərlər

Canadian Solar ABŞ-da yeni günəş elementi zavodunu istifadəyə verib

24 İyul 18:35
Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib
İqtisadiyyat

Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

23 İyul 18:24
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Rəsmi Xronika

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

21 İyul 21:13
Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası
Yaxın Şərq

Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

21 İyul 21:02

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.