6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar – İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq şəraitində 16–19 iyun 2026-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində, Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumu (PSF 2026) keçiriləcək.

14 İyun 2026 16:00
Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

BAKI,VOA

İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar – İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq şəraitində 16–19 iyun 2026-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində, Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumu (PSF 2026) keçiriləcək.

VOA xəbər verir ki, İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil edilən Forum Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ali himayəsi altında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) tərəfdaşlığı ilə baş tutacaq.

“Dayanıqlı Rifah naminə Regional İnteqrasiya” devizi altında keçiriləcək PSF 2026 davamlı iqtisadi artımın təşviqində, ticarət və investisiya axınlarının genişləndirilməsində, eləcə də İİB-ə üzv ölkələr arasında strateji tərəfdaşlıq imkanlarının reallaşdırılmasında özəl sektorun həlledici rolunu gücləndirmək məqsədi daşıyır. Regional dəyər zəncirinin və iqtisadi dayanıqlılığın təmin edilməsinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə bu Forum əsas maraqlı tərəflər üçün yeni biznes imkanlarının araşdırılması, təcrübə mübadiləsinin aparılması və üzv dövlətlər arasında daha dərin iqtisadi inteqrasiyanın formalaşdırılması baxımından mühüm strateji platforma rolunu oynayacaq.

PSF 2026 transsərhəd investisiya və ticarət əlaqələrini təşviq etməklə yanaşı, infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə kimi strateji sahələrdə meydana çıxan yeni imkanları da diqqət mərkəzində saxlayacaq.Forum çərçivəsində təşkil olunacaq ali səviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları vasitəsilə dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi hədəflənir.

Yüksək vəzifəli dövlət rəsmiləri, aparıcı yerli və beynəlxalq şirkətlərin prezidentləri və baş icraçı direktorları, çoxtərəfli inkişaf institutları, ticarət və sənaye palataları, biznes assosiasiyaları, investisiyaların təşviqi agentlikləri, investorlar, sahibkarlar və maliyyə qurumlarının nümayəndələri də daxil olmaqla, tədbirin 1500-dən çox iştirakçını bir araya gətirəcəyi gözlənilir.

Panel müzakirələri və əsas məruzələrlə yanaşı, PSF 2026 çərçivəsində tərəfdaşlara öz layihələrini, xidmətlərini və investisiya imkanlarını nümayiş etdirmək imkanı yaradan xüsusi sərgi platforması da fəaliyyət göstərəcək. Forum həm də innovasiyaların təşviqi və perspektivli biznes ideyalarının ön plana çıxarılması məqsədi daşıyan startap müsabiqəsinə ev sahibliyi edəcək.

Bundan əlavə, tədbir zamanı iqtisadi inkişaf və ticarətin asanlaşdırılması işinə verdikləri töhfələrə görə fərqlənən təşkilatların və şəxslərin təltif olunduğu İİB Qrupunun Fərqlənmə Mükafatları dördüncü dəfə öz sahiblərinə təqdim ediləcək.

Forum öz işində görkəmli natiqləri, o cümlədən İİB Qrupuna daxil olan qurumların baş icraçı direktorlarını – ICIEC-nin baş icraçı direktoru və ICD-nin müvəqqəti baş icraçı direktoru Dr. Xalid Xələfallanı və ITFC-nin baş icraçı direktoru, mühəndis Ədib Yusuf Əl Aamanı qəbul edəcək. Onlar sənaye liderləri və mütəxəssislərlə birlikdə İİB-ə üzv dövlətlər arasında investisiya və ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən dəyərli fikirlərini və qabaqcıl təcrübələrini bölüşəcəklər.

Daha ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi veb-saytına daxil ola bilərsiniz: www.isdbg-psf.org

Məqalədə: #AZPROMO #İslam İnkişaf Bankı (İİB) #İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) #Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) #Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) #İİB Qrupunun Biznes Forumu (THIQAH)

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və BƏƏ əməkdaşlıq imkanlarını müzakirə edib
BƏƏ

Azərbaycan və BƏƏ əməkdaşlıq imkanlarını müzakirə edib

11 Avqust 14:55
Azərbaycan müasir nəqliyyat yollarının inkişafında əsas rol oynayır
İqtisadiyyat

Azərbaycan müasir nəqliyyat yollarının inkişafında əsas rol oynayır

17 İyun 19:40
Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək: 1500-dən çox iştirakçı gözlənilir
İqtisadiyyat

Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək: 1500-dən çox iştirakçı gözlənilir

15 İyun 22:17
Tacikistanın Ticarət və Sənaye Palatasının sədri ilə görüş keçirilib
İqtisadiyyat

Tacikistanın Ticarət və Sənaye Palatasının sədri ilə görüş keçirilib

22 May 17:51

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.