5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Redaktorun Seçimi
Redaktorun Seçimi

Aydın Talışinski Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb

5 Fevral 2024 17:12
Aydın Talışinski Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb

Bakı,AzerVoice

Qulaq, burun, boğaz və baş-boyun üzrə tanınm cərrah, Aydın Talışinski Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb,AzerVoice həmən mətubu təqdim edir.
Məktubda deyilir :

Səbirsizliklə gözlədiyimiz 7 fevral Prezident seçkilərində Sizə birmənalı dəstəyimizi özümün və ailəmin adından bildirmək istəyirəm.

Sizin rəhbərlik etdiyiniz 20 ildə Azərbaycan möhtəşəm uğurlar və zəngin  nailiyyətlərlə irəliləyib. Bu illər monolit Azərbaycan xalqını formalaşdıran bütün etnosların həyatında silsilə qələbələrlə zəngin, hər sahədə, hər peşədə, cəmiyyətin bütün istiqamətlərində yüksəliş və tərəqqi illəri olmuşdur. Məhz Siz ordumuzu və ümumən xalqımızı Dəmir Yumruqda birləşdirərək Qarabağda Şah əsərinizə imza atdınız. Azərbaycanı işğala məruz qalmış ölkədən Zəfər ölkəsinə çevirdiniz, yüz minlərlə məcburi köçkünün Vətən qəribçiliyinə son qoydunuz, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək Qalib Prezident, Müzəffər Ali Baş Komandan kimi adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdınız. Dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrəti ilə geniş bir bölgədə, habelə həm Türk,  həm də İslam dünyasında söz sahibi olması, xaricdə artan nüfuzu ilə qürur duyuruq.

Zati-aliləri!

Bütün bunlara görə Sizə, Sizin fenomenal liderlik və sərkərdəlik  məharətinizə, idarəçilik bacarığınıza, əzm və cəsarətinizə, möhkəm siyasi iradənizə borcluyuq. Fürsətdən istifadə edərək mənim dövlət xətti ilə xaricdə dünyanın qabaqcıl universitetlərində 12 il ən müasir tibb təhsili almağıma görə Ulu Öndərimizə və Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bu etimadınızı doğruldaraq ixtisasım olan LOR cərrahiyyəsi sahəsində keçirilən ümumdünya müsabiqədə elmi araştırmamın nəticələrin təqdim edib birincilik əldə etdim, bayrağımızı ucaldaraq Vətənə qayıtdım. Hazırda respublikamızda fəaliyyətimi davam etdirərək, vətəndaşların və xarici qonaqların sağlamlığının qorunmasında, şəhid ailələri və qazilərin müraciətlərinə yüksək həssaslıqla yanaşılmasında həkim kimi əlimdən gələni əsirgəmirəm.

Sizin seçki kampaniyanızda rəsmi təşviqat qrupunun üzvü olaraq böyük coşqu ilə iştirak edirəm. Sizin çoxşaxəli fəaliyyətinizi, misilsiz xidmətlərinizi, açıqladığınız planları yaradıcı formada çıxışlar etməklə hər gün yüzlərlə seçiciyə çatdıraraq, Sizə vəfa borcumu, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışıram.

Azərbaycan bu gün tarixinin ən şanlı dövrünü yaşayır, ölkəmizin qarşısında yeni üfüqlər və imkanlar açılıb. Əminəm ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə bütün respublika ərazisində keçirilən seçkilərdə bu yeni dövrə, yeni uğurlara öz xeyir-duasını verəcək.

Möhtərəm cənab Prezident!

Siz bütün dünya azərbaycanlılarının birlik rəmzisiniz, sadəcə 31 dekabrda deyil, ümumən və daima bütün azərbaycanlıların öndəri, sevimli fatehisiniz, eyni zamanda gələcək zəfərlərimizin rəhnisiniz. Düşünürəm ki, tarixi və coğrafi Azərbaycanın əzəli və avtoxton xalqı, yəni hər bir azərbaycanlı - hamımız, harada yaşamağımızdan, hansı etnosa mənsub olmağımızdan asılı olmayaraq, sizin liderliyinizdə sıx birliyimizi qoruyub saxlamalıyıq. Bu çərcivədə, 20-yə yaxın tarixi Azərbaycan xanlıqlarının  nümayəndələri olan bizlərin də həmrəy və məqsədyönlü şəkildə mesaj verməyimiz örnək olardı: bütün dünyaya göstərməliyik ki, zamanında babalarımızın arasında nifaq salan, bizi parçalayan və işğal edən güclər artıq suyu bulandırıb balıq tuta bilməyəcəklər, onların geopolitik iştahaları qursaqlarında qalacaq. Çünki bu gün bizi -  50 milyona yaxın dünya azərbaycanlılarını  birləşdirən İlham Heydər oğlu Əliyev kimi dəyərimiz, müdrik rəhbərimiz və şanlı sərkərdəmiz var. Şübhə yoxdur ki, bundan sonra da dövlətimiz Sizin başçılığınızla yeni zirvələr fəth  edəcək,  qalib xalqımız Sizin öndərliyinizlə yeni qələbələrin sevincini yaşayacaqdır.

Bütöv Azərbaycan xalqının rifahı naminə, dünyada ədalətli sülhün bərqərar olunması uğrunda məsuliyyətli və şərəfli ali dövləti fəaliyyətinizdə Sizə tükənməz enerji, möhkəm cansağlığı, yeni qalibiyyətlər arzu edirəm.

Dərin hörmətlə,
Uzman Dr. Aydın Talışinski, PhD
Mir Mustafa Xan Talışinskinin nəticəsi

Aydın Talışinski Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb Aydın Talışinski Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb
Məqalədə: #Aydın Talışinski

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?
ArabLyrics

Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?

4 Sentyabr 12:13
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.