7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Redaktorun seçimi
Redaktorun seçimi

"Nesçastnı intellegent", Zavallı Ziyalı

26 Fevral 2025 21:00
"Nesçastnı intellegent", Zavallı Ziyalı

Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Tarix boyu fikir adamları – düşüncələri dünyanı silkələmiş insanlar – çox vaxt öz dövrlərində "zavallı ziyalı" kimi qarşılanıblar. Rusların ifadəsi ilə desək, “nesçastnı intellegent”. Bunun çoxsaylı nümunələri var – Qədim Yunan filosoflarından tutmuş Şərq dahilərinə qədər.

Məsələn, Karl Marksın siyasi iqtisad sahəsindəki əsərlərinin əhəmiyyətini heç kim inkar edə bilməz. Lakin az adam bilir ki, Marks maddi cəhətdən çox çətinlik çəkib. Əgər Engels ona dəfələrlə maddi yardım etməsəydi, dolanışığı daha da çətin olardı. Müasir dövrdə isə buna Türkiyədən bir nümunə – Nəcib Fazıl Kısakürəkdir. O, dəfələrlə Menderesə məktub yazaraq jurnal çap etmək üçün maddi dəstək istəyib.

Dünya iqtisadi sisteminə böyük təsir göstərmiş Marks niyə öz şəxsi həyatında kasıb olub? Çünki varlı olmaq ilk növbədə Allahın əlindədir. Səbəblər baxımından isə pul qazanmaq təkcə ağla bağlı deyil. İnsanın ağlında möhtəşəm ideyalar ola bilər, amma həyalı, cəsarətsiz ola bilər və ya uğur qazanmaq üçün lazımi şərait, ilkin kapital əlində olmaya bilər. Bu səbəbdən, dünyanı dəyişən insanlar bəzən öz şəxsi həyatlarında uğursuz olurlar. Onlar dünyadan köçdükdən sonra ideyaları müzakirə olunur və dəyər qazanır.

İslam Peyğəmbəri dünyanı qurtardı, amma öz dövründə kasıb idi. Qüdsün fatehi Əbu Ubeydə ibn əl-Cərrah isə kasıblığı ilə xəlifə Öməri ağlatmışdı. Əlbəttə, İslam kasıblığı təşviq etmir, amma həm İslamın, həm də dünyanın tarixi göstərir ki, düşüncə və elm adamları çox vaxt şəxsi həyatlarında çətinlik çəkiblər. Ola bilər ki, onların yaxınları belə, “bu nə işlə məşğuldur?” deyə onlara şübhə ilə yanaşıblar.

Lakin Qərb bizi o zaman geridə qoydu ki, beyin mərkəzlərinə, intellektual insanlara zamanında dəyər verməyə başladı. Bütün bunları nəyə görə yazıram? Çünki bizim mühafizəkar camiədə bəzən fikir layihələri ilə bağlı kimdənsə dəstək istədikdə, bu layihələrə qeyri-ciddi yanaşırlar. Hətta fikir adamlarına dərviş kimi baxırlar.

İndi isə sözüm mühafizəkar camiəyədır: Meyarlarınızı dəyişin, meyarlarınızı dəyişin!

Bir də bir şeyi böyük hərflərlə ofislərinizin, iş yerlərinizin divarlarına yazın: Şəxsi həyatda və ya biznesdə uğur qazanmaq sizə ümmətə vizyon vermək haqqı qazandırmır!

Ümmətə və insanlığa vizyonu yalnız düşüncə insanları verə bilər. Düşüncə insanları isə mənəvi dəyərlərə sadiq qalmalıdırlar. Onlar anlarla xoşbəxt ola bilən insanlardır. Lakin onların həyatlarının bütöv xoşbəxtliyi, mənsub olduqları cəmiyyətin onlara verdiyi dəyərlə müəyyən olunur. Onlar zaman-zaman mənəvi boşluğa düşsələr də, psixoloji sarsıntılar yaşasalar da, Allahın yaratdığı bir sığınacaq tapırlar.

Bu gün bizi bir çox sahədə üstələmiş olan Qərbin üstünlüyünün əsas səbəbi odur ki, o, ziyalılara “nesçastnı intellegent” kimi baxmır

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Nə üçün hicab məsələsi belə gündəm edilir?
Cəmiyyət

Nə üçün hicab məsələsi belə gündəm edilir?

3 Fevral 14:39
Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?
Cəmiyyət

Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

23 Yanvar 12:00
İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur
Cəmiyyət

İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

22 Yanvar 13:51
Eşq
Cəmiyyət

Eşq

19 Yanvar 11:48

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.