14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika Misir
Misir

Trampın Panama və Süveyş kanalı ilə bağlı təklifi Misirdə qəzəblə qarşılanıb

27 Aprel 2025 20:30
Trampın Panama və Süveyş kanalı ilə bağlı təklifi Misirdə qəzəblə qarşılanıb

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın Amerika gəmilərinin Panama və Süveyş kanallarından pulsuz keçməsi ilə bağlı təklifi Misirdə geniş qəzəb doğurub.

AzerVoice xəbər verir ki, Trampın sözləri Misir mediasında, parlament üzvləri və sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olub.

Qahirə bu məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, Misir KİV-ləri bəzən susmağın cavab ola biləcəyini bildirib.

Mənbələr bildiriblər ki, Misir administrasiyası zərurət yaranarsa, rəsmi diplomatik kanallar vasitəsilə Vaşinqtona öz mövqeyini çatdıracaq. Bundan əlavə bildirilib ki, Süveyş Kanalı Konstantinopol Konvensiyası ilə tənzimlənir və heç bir dövlət bu kanaldan pulsuz keçmək hüququna malik deyil.

Xatırladaq ki, Tramp Truth Social sosial şəbəkəsində ABŞ-nin hərbi və ticarət gəmilərinin Panama və Süveyş kanallarından sərbəst keçməsinə icazə verilməsini tələb edib.

"Amerika hərbi və ticarət gəmilərinin Panama və Süveyş kanallarından sərbəst keçməsinə icazə verilməlidir. Bu kanallar ABŞ olmasaydı mövcud olmazdı. Dövlət katibi Marko Rubioya bu məsələni ələ alması üçün tapşırıq verdim" - deyə, o bildirib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uolts isə bildirib ki, Amerika müdafiə etdiyi bir kanal üçün keçid haqqı ödəməməlidir.

Misir parlamentinin üzvü Mustafa Bəkri Trampın sözlərini "şantaj cəhdi" adlandırıb və bildirib ki, Süveyş Kanalı tamamilə Misirə məxsusdur.

Jurnalist Əhməd Musa Trampın bəyanatını son dərəcə təhlükəli adlandıraraq qeyd edib ki, ABŞ Süveyş Kanalının tikintisində iştirak etməyib və qanunlara əsasən, bütün gəmilər keçid haqqı ödəməlidir.

Jurnalist Ləmis əl-Hədid isə Trampa xatırladıb ki, Süveyş Kanalı 1869-cu ildə açılıb və həmin vaxt ABŞ vətəndaş müharibəsindən yeni çıxmışdı. O əlavə edib ki, Trampın bəyanatı ABŞ gəmiləri üçün xüsusi güzəştlər əldə etmək məqsədi ilə atılan bir addım ola bilər.

Məqalədə: #Misir #Donald Tramp #gəmilər #Süveyş kanalı #Marko Rubio #Panama kanalı #Mayk Uolts

Mövzu üzrə digər xəbərlər

Misir və BMT Sudan böhranını müzakirə edib
Misir

Misir və BMT Sudan böhranını müzakirə edib

16:29
Əbdülfəttah əs-Sisi İranı ərəb ölkələrinə hücumları dayandırmağa çağırıb
Misir

Əbdülfəttah əs-Sisi İranı ərəb ölkələrinə hücumları dayandırmağa çağırıb

12:03
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

13 Sentyabr 03:00

Son Xəbərlər

Razan Camal “Əsəd” filmindəki roluna görə “Ən yaxşı aktrisa” seçilib
Razan Camal “Əsəd” filmindəki roluna görə “Ən yaxşı aktrisa” seçilib
19:08
Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
18:53
Səudiyyənin strateji neft kəməri həftələrlə tam işləməyə bilər
Səudiyyənin strateji neft kəməri həftələrlə tam işləməyə bilər
18:39
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
18:20
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.