10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Azərbaycan aşağı karbonlu sənayenin inkişafı üçün böyük potensiala malikdir - "Boston Consulting Group"

22 Noyabr 2023 10:53
Azərbaycan aşağı karbonlu sənayenin inkişafı üçün böyük potensiala malikdir - "Boston Consulting Group"

Bakı, AzerPress:

Azərbaycan aşağı karbonlu sənayenin inkişafı üçün böyük potensiala malikdir.

AzerPress xəbər verir ki, bunu "Boston Consulting Group"un nümayəndəsi Stanislav Yankeleviç Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

"Artıq üçüncü enerji keçidi gedir və onu dəstəkləməklə bağlı əksər ölkələrin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün, aşağı karbon keçidini təmin etmək məqsədilə dörd trilyon ABŞ dolları lazımdır. Azərbaycandan Avropaya enerji tədarükü üçün böyük infrastruktur var. Bu infrastrukturun gücünü 2 dəfə artırmaq mümkündür. Bunun üçün üç əsas şey lazımdır: investisiyalar, texniki boşluqların aradan qaldırılması və maliyyə bacarıqlarının artırılması. Bundan başqa, məzunları ölkədə əlavə təhsilə cəlb etmək vacibdir. Bu məsələlər həll olarsa, Azərbaycan tutumunu artırmaq hesabına dünya bazarında digər ölkələrlə rəqabət apara biləcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycandan "yaşıl" enerjinin əsas satış bazarı Avropadır və bərpa olunan mənbələrdən enerji tədarükü üzrə artıq konkret layihə mövcuddur. Belə ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub. Bu, 4 geqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37

Son Xəbərlər

İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
20:16
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
20:10
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.