9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Azad edilmiş ərazilərdə yaşıl enerji və enerji səmərəliliyi üzrə İşçi Qrupunun iclası keçirilib

Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 11-ci iclası keçirilib.

25 Dekabr 2025 11:33
Azad edilmiş ərazilərdə yaşıl enerji və enerji səmərəliliyi üzrə İşçi Qrupunun iclası keçirilib

BAKI, AzerVoice

Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 11-ci iclası keçirilib.

AzerVoice xəbər verir ki, İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Ötən iclasdan bəri istifadəyə verilən və təməli qoyulan yaşayış məntəqələri və sosial-infrastruktur obyektləri, həmçinin bu ərazilərdə 65 mindən artıq insan yaşadığı qeyd olunub. Yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda hər birinin gücü 50 MVt olan “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməli qoyulduğu, “Şəfəq” GES-də isə tikinti-quruculuq işlərinin davam etdirildiyi, həmçinin Kəlbəcərdə külək enerji potensialının ölçmə-müşahidə işlərinə başlandığı, azad edilmiş ərazilərdə hazırda ümumilikdə 307 MVt gücündə 38 su elektrik stansiyasının fəaliyyət göstərdiyi bildirilib.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına, yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticəsinə dair hesabatlar dinlənilib. Füzuli və Ağdam şəhərlərində, Füzuli rayonunun Dövlətyarlı, Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib. Günəş panelləri, kollektorlar, günəş enerjisi əsaslı LED işıqlandırma avadanlıqları, LED əsaslı işıqlandırma qurğularından, dirəklərdən, ağıllı dayanacaqlardan, tikintidə izolyasiya materiallarından istifadə üzrə göstəricilər diqqətə çatdırılıb.

İclasda, həmçinin yaşayış komplekslərində istilik təminatı və mövcud vəziyyətin təhlili üzrə müzakirələr aparılıb. İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqin aparılmasının 2026-cı il üçün icra qrafiki təsdiq edilib.

Toplantıda İşçi Qrupuna üzv dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, eləcə də “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirak edib.

Azad edilmiş ərazilərdə yaşıl enerji və enerji səmərəliliyi üzrə İşçi Qrupunun iclası keçirilib Azad edilmiş ərazilərdə yaşıl enerji və enerji səmərəliliyi üzrə İşçi Qrupunun iclası keçirilib
Məqalədə: #Azərbaycan #Prezident İlham Əliyev #Füzuli #Ağdam #Pərviz Şahbazov #Energetika Nazirliyi #Qubadlı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37
Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib
Neft və qaz

Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

3 Sentyabr 13:19

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.