11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Azərbaycan həmişə balanslı neft qiymətlərinin təmin olunması konsepsiyasının tərəfdarı olub – Pərviz Şahbazov

“Əslində, bu, qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyimiz fəaliyyətdir. Və əlbəttə ki, neft və qaz istehsal edən ölkə kimi demək olar ki, biz böhranların təsirlərini o qədər də kəskin hiss etmirik. Lakin eyni zamanda biz OPEC+ institutunun məsul iştirakçısıyıq və burada biz həmişə müxtəlif məsələlərin, o cümlədən keçmişdə üzləşdiyimiz böhranların həlli yollarının axtarılması tərəfdarı olmuşuq. Azərbaycan bu prosesə təkcə fəal töhfə verməklə kifayətlənməyib, həm də bir çox məsələlərdə vasitəçi kimi çıxış edib”, – deyə nazir qeyd edib.

17 Aprel 2026 12:10
Azərbaycan həmişə balanslı neft qiymətlərinin təmin olunması konsepsiyasının tərəfdarı olub – Pərviz Şahbazov

BAKI,VOA

Azərbaycan həmişə balanslı neft qiymətlərinin təmin olunması konsepsiyasının tərəfdarı olub

VOA xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün V Antalya Diplomatiya Forumunda deyib.

“Əslində, bu, qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyimiz fəaliyyətdir. Və əlbəttə ki, neft və qaz istehsal edən ölkə kimi demək olar ki, biz böhranların təsirlərini o qədər də kəskin hiss etmirik. Lakin eyni zamanda biz OPEC+ institutunun məsul iştirakçısıyıq və burada biz həmişə müxtəlif məsələlərin, o cümlədən keçmişdə üzləşdiyimiz böhranların həlli yollarının axtarılması tərəfdarı olmuşuq. Azərbaycan bu prosesə təkcə fəal töhfə verməklə kifayətlənməyib, həm də bir çox məsələlərdə vasitəçi kimi çıxış edib”, – deyə nazir qeyd edib.

O vurğulayıb ki, neft qiymətlərinin yüksək olduğu dövrdə istehsalçı ölkələrin böyük gəlirlər əldə etməsi ilə bağlı geniş yayılmış fikir hər zaman reallığı əks etdirmir.

“Qeyd etmək lazımdır ki, yüksək qiymətlər zamanı bəzən istehsalçı ölkələrin böyük gəlirlər əldə etdiyi təsəvvürü yaranır, lakin bu, praktikada tam real mənzərəni əks etdirmir. Məsələ ondadır ki, neft hasil edən və ya ümumilikdə karbohidrogen ölkələri, adətən, suveren rifah fondlarına malikdir və bu fondlar qlobal maliyyə bazarlarına və müxtəlif aktivlərə investisiya yatırır. Fond bazarları aşağı düşdükdə biz də bunu hiss edirik, eləcə də bunun idxalımıza təsiri olur. Bəzən belə fikir formalaşır ki, istehsalçı ölkələr bu proseslərə həssas deyil. Bu, yanlış təsəvvürdür”, – deyə Şahbazov bildirib.

Nazir həmçinin neftin balanslaşdırılmış qiymətinin təmin olunmasının vacibliyini qeyd edib.

“Biz hər zaman neftin balanslaşdırılmış qiymətinin təmin olunması konsepsiyasına sadiq qalmışıq ki, bu da həm istehsalçı, həm istehlakçı ölkələr, eləcə də neft-qaz sənayesi üçün mühüm əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

Türkiyə ilə əməkdaşlıqdan danışan Şahbazov bunu qardaş ölkələrin enerji təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətinin “əla nümunəsi” adlandırıb.

“Şübhəsiz ki, Türkiyə ilə əməkdaşlığımız tərəfdaş və qardaş ölkələrin uzun illər ərzində enerji təhlükəsizliyinin təmin olunmasına necə töhfə verə biləcəyinin əla nümunəsidir”, – deyə nazir qeyd edib.

O xatırladıb ki, Azərbaycanın həyata keçirdiyi layihələr regionun əsas enerji infrastrukturunu formalaşdırıb.

“Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrimiz Xəzər dənizini Bakı–Supsa neft kəməri vasitəsilə Qara dənizlə, Bakı–Tbilisi–Ceyhan vasitəsilə Aralıq dənizi ilə, eləcə də Bakı–Tbilisi–Ərzurum qaz kəməri ilə birləşdirib. Nəhayət, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi də bu sıradadır”, – deyə Pərviz Şahbazov vurğulayıb.

Nazir bildirib ki, enerji təhlükəsizliyi artıq dövlətlərin ümumi təhlükəsizliyinin əsas məsələsinə çevrilib: “Bu günlərdə bu məsələlər xüsusilə vacibdir, çünki biz dünya tarixində ən ciddi böhran təhdidlərindən birini yaşayırıq.
Hörmüz boğazına nəzər salsaq görərik ki, qlobal enerji təchizatının gündə təxminən 12 milyon barrel hissəsi risk altındadır. Bunun müəyyən hissəsi Avropaya yönəlir, oradan Avropaya LNG-nin 8%-dən çoxu, neftin 7%-i, həmçinin reaktiv yanacaq və dizelin 40%-i çatdırılır. Bu səbəbdən Avropa Hörmüz boğazında baş verən proseslər baxımından olduqca həssasdır. Bununla yanaşı, enerji təchizatının 90%-i Asiyaya gedir, yəni bu böhran qlobal xarakter daşıyır və hamımız birlikdə buna qarşı tədbirlər görməliyik”.

P. Şahbazov vurğulayıb ki, enerji təhlükəsizliyi bir gecədə qurula biləcək məsələ deyil: “Biz yalnız cari vəziyyəti deyil, gələcəyi də nəzərə almalıyıq. Azərbaycan illərdir neft və qaz təchizatı marşrutlarını şaxələndirib. Bu gün biz gündə 440 milyon barreldən çox neft tədarük edir və onu dünyanın təxminən 20 ölkəsinə, o cümlədən Avropa və Asiya ölkələrinə çatdırırıq.

Son illərdə isə Avropadakı tərəfdaşlarımıza təbii qaz ixracına başlamışıq və artıq 16 ölkəyə qaz çatdırırıq ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Əlbəttə, neft və qaz istehsal edən ölkə kimi deyə bilərik ki, bu cür böhranların təsirini daha az hiss edirik. Lakin eyni zamanda biz OPEC+ təşkilatının məsul üzvüyük və hər zaman böhranların həlli üçün fəal iştirak etmişik. Azərbaycan bu proseslərdə yalnız iştirakçı deyil, bir çox hallarda vasitəçi rolunu da oynayıb”.

“Yüksək enerji qiymətləri ilə bağlı bəzən belə bir fikir formalaşır ki, istehsalçı ölkələr bundan böyük qazanc əldə edir. Lakin bu tam doğru deyil. Çünki bu ölkələrin suveren sərvət fondları qlobal maliyyə bazarlarına və müxtəlif aktivlərə investisiya edir. Fond bazarlarında eniş baş verdikdə biz də bundan təsirlənirik. Eyni zamanda idxal xərclərimiz də artır.

Bu səbəbdən Azərbaycan həmişə balanslı neft qiymətlərinin tərəfdarı olub – bu həm istehsalçılar, həm istehlakçılar, həm də neft-qaz sənayesi üçün vacibdir”, - P. Şahbazov əlavə edib.

“Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələr Xəzər dənizini Bakı–Supsa neft kəməri vasitəsilə Qara dənizlə, Bakı–Tbilisi–Ceyhan vasitəsilə Aralıq dənizi ilə, eləcə də Bakı–Tbilisi–Ərzurum qaz kəməri ilə birləşdirib. Nəhayət, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi də bu sıradadır”, – deyə Pərviz Şahbazov vurğulayıb.

Məqalədə: #Azərbaycan #Pərviz Şahbazov #Energetika Nazirliyi #Antalya Diplomatiya Forumu

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.