8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Fatehin ölümündən sonra çıxan üsyan və İstanbulun yağmalanması

9 Fevral 2025 10:31
Fatehin ölümündən sonra çıxan üsyan və İstanbulun yağmalanması

BAKI,AzerVoice

İstanbulda ilk hərbi üsyan, bu şəhərin fatehi II. Mehmed öldükdə baş verdi. İstanbul kimi strateji bir şəhəri 1453-cü ildə fəth edərək Osmanlı və dünya tarixinin istiqamətini dəyişdirən Fatih Sultan Mehmed, nikris xəstəliyindən əziyyət çəkirdi və son dövrlərində addım atmaqda belə çətinlik çəkirdi. Xəstəliyinə baxmayaraq, ordu ilə birlikdə, böyük ehtimalla Misirə yürüş etmək üçün 27 aprel 1481-də İstanbuldan ayrıldı. Xalq və hərbçilərə hələ də güclü bir hökmdar olduğunu göstərmək məqsədilə, dözülməz ağrılara qatlanaraq, şəhərdən at üstündə çıxdı.

Sultan II. Mehmed Üsküdara keçəndə, xəstəliyi artıq yerindən qalxmasına belə imklan verməyəcək dərəcədə artmışdı. Həkimlər bütün imkanlarını istifadə edərək Fatihi sağaltmağa çalışarkən, əsgərlər də bir neçə gün Üsküdarda gözləmək məcburiyyətində qaldılar. Hazırlanan dərmanlar padşahın ağrılarını bir az yüngülləşdirəndən sonra, əsgərlərə yenidən hərəkət əmrini verdilər. Lakin Gebze yaxınlığındakı Hünkâr Çayırına gəldikdə, Fatih bir daha komaya girdi və həkimlərin səylərinə baxmayaraq, qısa bir müddət sonra, 3 may 1481-ci ildə, əsr namazı vaxtı vəfat etdi.
Fatih Sultan Mehmedin ölüm xəbəri əsgərlərədn gizlədiləs də, İstanbulda ildiriım sürətilə yayıldı.Fatihin iki oğlu var idi; 33 yaşındakı böyük oğlu Bayezid Amasyada, 22 yaşındakı kiçik oğlu Cem isə Konya şəhərində vali idi.
Veziri-əzəm Karamani Mehmed Paşa, dərhal hər iki şahzadəyə də çaparlar göndərərək atalarının vəfat etdiyini və təcili olaraq İstanbula gəlmələri lazım olduğunu bildirdi. İstanbula tez çatan şahzadə taxta çıxacaqdı.

İki şahzadədən biri taxta çıxana qədər ölüm hadisəsi ətrafdakılardan, xüsusilə də əsgərlərdən gizli saxlanmalıydı. Sultanının hamama getməsi lazım olduğu bəhanəsiylə Fatihin cəsədi vaxt itirilmədən İstanbula aparıldı və Topqapı Sarayına gətirildi. Əsgərlərin padşahın ölüm xəbərini öyrənib, İstanbulda özbaşnalığa səbəb olmamaları məqsədilə şəhərə girmələri qadağan edildi.
Şəhərdə olan əsgərlərin bir qismi də müxtəlif bəhanələrlə, xüsusən də xındək qazılması lazım olduğu bəhanəsiylə çəhərdən çıxarıldı.
Bütün bunlarla yanaşı, əhərin qapıları bağlanıldı, Üsküdar ilə İstanbul arasındakı dəniz nəqliyyat vasitələri də Eminönü tərəfinə gətirildi.
Əsgərlər, bir neçə gün sonra Fatihin öldüyünü öyrəndilər və əllərinə keçirdikləri balıqçı gəmiləri ilə İstanbula hücum etdilər. Bundan sonra İstanbulda böyük talan və yağmalanma başladı.Maraqlısı isə o idi ki, şahzadə Bayezidin tərəfdarları əsgərlərin üsyanını dəstəkləyirdilər.

Şahzadə Bayezidin taxta çıxmasında ən böyük maneə olan Cem Sultan tərəfdarı Veziri-əzəm Karamani Mehmed Paşa, evində gizlənmək məcburiyyətində qaldı. Lakin çox keçmədi ki, küçələrdə “Bayezid çox yaşasın” deyərək gəzən əsgərlər, Mehmed Paşanın evini basdılar, divanxanada gizlənən paşanı tapıb öldürdülər və kəsilmiş başını bir nizənin ucuna taxaraq şəhərin küçələrində gəzdirdilərş Bu hadisədən sonra əsgərlər İstanbulda ola varlı ailələrin də evlərini talan etdilər.

Fatih tərəfindən İstanbulun müdafiəsi və idarəsi üçün sarayda qalan keçmiş veziri-əzəmlərdən İshak Paşa, əsgərlərə pul verərək vəziyyətə tez bir zamanda hakim oldu. Şahzadə Bayezidin tərəfdarı olan İshak Paşa, İstanbulda olan 11 yaşındakı Şahzadə Korkudu, atası gələnə qədər vəkil olaraq taxta çıxardı. Beləliklə, əsgərlərin üsyanı bir az da olsa yatızdırıldı.

26 May1481-də dörd min nəfərlik müşayiət heyəti ilə əvvəl Üsküdara, buradan da İstanbula gələn Şahzadə Bayezid, əsgərlər və xalq tərəfindən alqışlarla qarşılandı.

Məqalədə: #Osmanlı ordusunda üsyanlar

Mövzu üzrə digər xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Hərb tarixi: Döyüş xronikası

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

4 Sentyabr 16:17
Yeniçəri–Sipahi qarşıdurması: Osmanlı sarayında alovlanan ilk qardaş qırğını
Hərb tarixi: Döyüş xronikası

Yeniçəri–Sipahi qarşıdurması: Osmanlı sarayında alovlanan ilk qardaş qırğını

26 İyul 10:05
Türk vergisi nədir və kimlərdən alınırdı?
Nə, necə, niyə? Elmi ensiklopediya

Türk vergisi nədir və kimlərdən alınırdı?

7 İyun 18:00
Şahzadə Bəyazidə niyə İldırım deyirdilər? Titulun pərdəarxası
Hərb tarixi: Döyüş xronikası

Şahzadə Bəyazidə niyə İldırım deyirdilər? Titulun pərdəarxası

7 İyun 06:46

Son Xəbərlər

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.