7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Adolf Hitler Britaniyanın qaz hücumu zamanı yaralandı

1918-ci il oktyabrın 14-də Belçikanın İpr bölgəsində baş verən döyüşlər zamanı yaralanan alman əsgərləri arasında korporal Adolf Hitler də olub

14 Oktyabr 2025 08:00
Bu gün Adolf Hitler Britaniyanın qaz hücumu zamanı yaralandı

BAKI,AzerVoice

1918-ci il oktyabrın 14-də Belçikanın İpr bölgəsində baş verən döyüşlər zamanı yaralanan alman əsgərləri arasında korporal Adolf Hitler də olub. O, Britaniya ordusunun atdığı qaz mərmisindən müvəqqəti kor olmuş və Almaniyanın Pomeraniya bölgəsindəki Pasevalk hərbi hospitalına köçürülmüşdü.

Gənc Hitler Avstriya ordusuna çağırılsa da, sağlamlıq durumuna görə xidmətə yararsız sayılmışdı. Lakin 1914-cü ilin yayında, Birinci Dünya müharibəsinin başlanğıcında Münhendə yaşadığı dövrdə o, xüsusi icazə alaraq Alman ordusuna könüllü şəkildə yazılmışdı. 16-cı Bavariya ehtiyat piyada alayının tərkibində oktyabrda Fransaya göndərilmiş, İpr döyüşlərinin birincisində ağır döyüşlərə qatılmış və həmin ilin dekabrında yaralı silahdaşını döyüş meydanından çıxardığına görə “Dəmir Xaç” ordeni ilə təltif edilmişdi.

Sonrakı iki il ərzində Hitler Birinci Dünya müharibəsinin ən qanlı toqquşmalarında iştirak etdi - Növ Şapell, İpr və Somme döyüşlərində. 1916-cı il oktyabrın 7-də Fransanın Bapom şəhəri yaxınlığında mərmi partlayışı nəticəsində ayağından yaralandı. Berlin yaxınlığında müalicə aldıqdan sonra 1917-ci ilin fevralında yenidən öz alayına qayıtdı. Döyüş yoldaşı Hans Mendin sözlərinə görə, Hitler tez-tez Almaniyanın daxili vəziyyətindən və xalqın ruh düşkünlüyündən danışar, “Böyük toplarımıza baxmayaraq, qələbə bizə nəsib olmayacaq, çünki görünməyən düşmənlər ən güclü düşməndən daha təhlükəlidir,” - deyərdi.

1918-ci ildə o, bir neçə dəfə cəsarətinə görə təltif olundu və avqustda Fransız əsgərlərini təkbaşına ələ keçirdiyinə görə “Dəmir Xaç”ın I dərəcəsini aldı. Lakin həmin ilin oktyabrında aldığı qaz yarası onun hərbi xidmətini sona çatdırdı. Pasevalk hospitalında müalicə alarkən Almaniyanın təslim olduğu xəbəri ona çatdı. Hitler bu xəbəri qəzəblə qarşıladı: “Səndələdim, palatama qayıtdım və başımı yorğana basaraq ağladım.”

Bu hadisə onun gələcək ideoloji formalaşmasına dərin təsir göstərdi. 1941-ci ildə artıq Almaniyanın Führeri olan Hitler yazacaqdı: “Cəbhədə qazandığım təcrübələri və acıları vətənə gətirdim; məhz onların üzərində Milli Sosialist cəmiyyətimi qurduğum.”

Məqalədə: #Tarixdə bu gün #Adolf Hitler #Dəmir Xaç #Hans Mend

Mövzu üzrə digər xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Tarixdə bu gün

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı

06:00
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 7 Sentyabr

00:01
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

6 Sentyabr 00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 6 Sentyabr

6 Sentyabr 00:01

Son Xəbərlər

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.