8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Liviya ilə Qərb arasındakı gərgin tarazlıq: iki əsrlik qarşıdurmanın xronikası

Liviyada baş verən son böhran bu Şimali Afrika ölkəsinin Qərb ilə çoxəsrlik, mürəkkəb və gərgin münasibətlər tarixinin yalnız növbəti mərhələsidir. Aşağıda Liviya-Qərb münasibətlərində əsas dönüş nöqtələri təqdim olunur:

26 Oktyabr 2025 19:00
Liviya ilə Qərb arasındakı gərgin tarazlıq: iki əsrlik qarşıdurmanın xronikası

BAKI, AzerVoice

Liviyada baş verən son böhran bu Şimali Afrika ölkəsinin Qərb ilə çoxəsrlik, mürəkkəb və gərgin münasibətlər tarixinin yalnız növbəti mərhələsidir. Aşağıda Liviya-Qərb münasibətlərində əsas dönüş nöqtələri təqdim olunur:

1. Barbar Müharibələri (1801 və 1815)

ABŞ, Tripolinin (müasir Liviya) Barbar quldurlarına ( qərblilər onları belə adlandırırdı) ticarət gəmilərinin təhlükəsizliyi üçün xərac ödəməyi rədd etdikdən sonra müharibə başlayır. Birinci Barbar Müharibəsi zamanı ABŞ dəniz piyadaları Dərnə şəhərinə hücum edir - bu hadisə dəniz piyadalarının himnində “Tripolinin sahillərinə” ifadəsi ilə əbədiləşdirilib.

2. İtaliya işğalı (1911–1945)

1911-ci ildə İtaliya Liviyanı işğal edir və 1922-ci ildən sonra tam kolonizasiya siyasətinə başlayır. İkinci Dünya Müharibəsinə qədər təxminən 150 min italiyalı bu əraziyə köçürülür. 1941-1943-cü illərdə Şimali Afrika döyüşləri zamanı Liviya əsas cəbhəyə çevrilir və 1942-ci ilə qədər əksər italyan müstəmləkəçilər ölkəni tərk edir.

3. Müstəqil Krallıq (1951)

BMT Baş Assambleyasının qərarı ilə Liviya 1951-ci ildə Kral İdrisin rəhbərliyi altında müstəqil dövlət elan edilir. 1950-ci illərin sonlarında neftin kəşfi ölkəyə böyük sərvət gətirir. Monarxiya əsasən Qərb yönümlü siyasət yürüdür, lakin 1956-cı il Süveyş böhranı zamanı Britaniya qoşunlarının əraziyə girməsinə icazə vermir.

4. Hərbi çevriliş (1969)

Polkovnik Müəmmər Qəddafinin rəhbərlik etdiyi hərbi qrup Kral İdris rejimini devirərək inqilabi hökumət yaradır. Qəddafi müstəmləkə dövlətlərinə qarşı müharibə hədəsi ilə çıxış edir və ABŞ-ın Tripoli yaxınlığındakı hərbi bazasını bağlamağı əmr edir.

5. ABŞ-ın Liviya bombardmanı (1986)

Prezident Ronald Reyqan ABŞ hərbçilərinin tez-tez getdiyi Qərbi Berlindəki diskotekaya qarşı terror aktına cavab olaraq Tripoli və Benqazidə hədəfləri bombalama əmri verir. Təxminən 40 liviyalı, o cümlədən Qəddafinin övladlığa götürdüyü azyaşlı qızı həlak olur.

6. Pan Am 103 reysi (1988)

Pan Am şirkətinə məxsus təyyarədə partlayış nəticəsində təyyarədəki 259 sərnişin və ekipaj üzvü, həmçinin Şotlandiyanın Lockerbi şəhərində 11 nəfər həyatını itirir. BMT Təhlükəsizlik Şurası Qəddafinin hökumətinə qarşı sanksiyalar tətbiq edir və Liviyanın iki şübhəlini təhvil verməsini tələb edir.

7. Şotlandiyada məhkəmə prosesi (1999–2001)

Cənubi Afrikanın sabiq prezidenti Nelson Mandelanın 1997-ci ildə Liviyaya səfərindən sonra Qəddafi 1999-cu ildə iki şübhəlini təhvil verir. BMT dərhal sanksiyaları dayandırır. 2001-ci ildə Şotlandiya məhkəməsi Əbdül Bəsit əl-Mehrahini ömürlük həbs cəzasına məhkum edir.

8. Siyasətdə dönüş (2003)

İraq lideri Səddam Hüseynin devrilməsindən sonra Qəddafi birdən-birə Qərbə qarşı uzunmüddətli siyasətindən imtina edir, kütləvi qırğın silahlarından və terrorizmin dəstəyindən əl çəkdiyini elan edir. Liviya Lockerbi hadisəsinə görə məsuliyyəti üzərinə götürür və qurbanların ailələrinə 2,7 milyard dollar təzminat ödəməyə razı olur. BMT Təhlükəsizlik Şurası sanksiyaları ləğv edir.

9. Münasibətlərin yaxşılaşması (2004)

ABŞ 18 illik ticarət embarqosuna son qoyur və Amerika vətəndaşlarının Liviyaya səfərinə qoyulan qadağanı aradan qaldırır. Böyük Britaniyanın baş naziri Toni Bleyer Tripoliyə səfər edərək Qəddafi ilə görüşür. 2006-cı ildə ABŞ Liviyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarır.

10. Əl-Mehrahi azad edilir (2009)

Prostat xərçəngi xəstəsi olan Əl-Mehrahi humanitar səbəblərlə Şotlandiya həbsxanasından azad edilir. Liviya onu “qəhrəman” kimi qarşıladıqdan sonra Qərb ölkələrində - xüsusilə Britaniya və ABŞ-da - böyük qəzəb dalğası yaranır və münasibətlər yenidən gərginləşir.

11. Liviya üsyanı (2011)

“Ərəb baharı” dalğası Liviyaya çatdıqda Qəddafi qüvvələri Benqazi və Tripolidə hökumət əleyhdarlarına qarşı amansız repressiyalar həyata keçirir. Fransa və Böyük Britaniya rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurası mülki əhalinin qorunması və uçuşa qadağa zonasının tətbiqi üçün hərbi müdaxiləyə sanksiya verir. 19 mart 2011-ci ildə ABŞ və Avropa qüvvələri Qəddafi rejiminə qarşı hava əməliyyatlarına başlayır.

Məqalədə: #Liviya #Seyf əl-İslam Qəddafi #Səddam Hüseyn #Ronald Reyqan #Müəmmər Qəddafi #Səddam Hüseyn sonrası İraq #Liviya Müəmmər Qəddafinin devrilməsi #Şimali Afrika #Strateji Müdafiə Təşəbbüsü (Reyqan) #Ronald Arauho #Mandela Mandela #Nelson Mandela #Hannibal Qəddafi #Liviya lideri Muəmmər Qəddafi #Liviya-Qərb münasibətləri #Barbar Müharibələri #İtaliya işğalı (1911–1945) #Kral İdris

Mövzu üzrə digər xəbərlər

Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviya

Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb

7 Sentyabr 09:15
1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

1 Sentyabr 03:00
Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi
Tarixdə bu gün

Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

1 Sentyabr 02:00
Qahirə toplantılarından hərbi əməliyyatlara: Ərəb coğrafiyasında 28 avqust xronikası
Tarixdə bu gün

Qahirə toplantılarından hərbi əməliyyatlara: Ərəb coğrafiyasında 28 avqust xronikası

28 Avqust 03:00

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.