9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Sinayda məscidə terror aktı nəticəsində 300-dən çox insan öldü

2017-ci il noyabrın 24-də Misirin Şimali Sinay bölgəsində yerləşən Əl-Ravda məscidində partlayış baş verdi və terrorçular cümə namazını yenicə bitirən dindarlara atəş açdılar. Hücum nəticəsində 27 uşaq da daxil olmaqla 305 nəfər həlak olub, 120 nəfər yaralandı. Bu, ölkənin son illərdə qeydə alınan ən qanlı terror aktı hesab edilir.

24 Noyabr 2025 00:10
Bu gün Sinayda məscidə terror aktı nəticəsində 300-dən çox insan öldü

BAKI,AzerVoice

2017-ci il noyabrın 24-də Misirin Şimali Sinay bölgəsində yerləşən Əl-Ravda məscidində partlayış baş verdi və terrorçular cümə namazını yenicə bitirən dindarlara atəş açdılar. Hücum nəticəsində 27 uşaq da daxil olmaqla 305 nəfər həlak olub, 120 nəfər yaralandı. Bu, ölkənin son illərdə qeydə alınan ən qanlı terror aktı hesab edilir.

Hücum Misirdə dönüş nöqtəsi kimi qiymətləndirilir. 2013-cü ildə hazırkı prezident tərəfindən Müsəlman Qardaşları hərəkatının lideri Məhəmməd Mursi devrildikdən sonra ölkədə terror hücumları artmışdı. Lakin İslam ibadətgahlarına hücum nadir hallarda baş verirdi. Bu terror aktlarının “Müsəlman Qardaşlar” hərəkatı ilə əlaqəsi olmasa da Misir hakimiyyəti hərəkata təzyiqləri daha da artıtdılar. Bundan əvvəl terror qrupları əsasən Qipti kilsələrini və təhlükəsizlik qüvvələrini hədəfə alırdı, lakin məscidlərə qarşı hücum etməkdən çəkinirdilər.

Əl-Ravda məscidinin camaatının əksəriyyəti İslamın mistik təriqəti olan Sufi müsəlmanlardan ibarət idi.

Hücum Məhəmməd peyğəmbərin mövludu günündən bir neçə gün əvvəl, məscidin dolu olduğu vaxt həyata keçirilib. Dörd yolsuzluq avtomobilində gələn 25–30 silahlı şəxs məscidin əsas girişindən və 12 böyük pəncərəsindən içəridəkilərə atəş açıb. Qaçmağa çalışanlara qarşı bombalar və tank əleyhinə qumbaraatanlarla hücum edilib. Terrorçular məscidin qarşısında dayanmış avtomobilləri yandırıb və hadisə yerinə gələn təcili tibbi yardım maşınlarına atəş açaraq xilasetməni əngəlləyib.

Hücuma görə heç bir təşkilat rəsmi məsuliyyəti üzərinə götürməsə də, faktlar hadisənin arxasında İŞİD-in dayandığını göstərirdi. İŞİD-ə bağlı bir nəşrdə təşkilatın Sinay nümayəndəsi Sufilərə nifrət etdiklərini və Əl-Ravdanın hədəf olduğunu açıq şəkildə bildirmişdi.

Misir prezidenti Əbdülfəttah əs-Sisi televiziya müraciətində hücuma “aqressiv güclə” cavab veriləcəyini açıqladı. Təhlükəsizlik məsələsi prezidentə dəstəyin əsas səbəblərindən biri olduğundan və qarşıda mümkün seçkilər dayandığından, qəti cavab gözlənilirdi.

Hücumdan bir neçə saat sonra Misir ordusu bölgədəki dağ massivlərinə hava zərbələri endirib. Ölkədə üç günlük matəm elan olunub.

Məqalədə: #Tarixdə bu gün #terror hücumu Sinay #Misirdə məscidə hücum #Əl-Ravda məscidi terror #İŞİD Sinay hücumu #Sufi müsəlmanlar Misir #Misirdə partlayış 2017 #Sinay terror aktı #Əbdülfəttah əs-Sisi açıqlama #Egypt mosque attack #Sinai terrorism 2017 #ISIS Sinai attack #Al-Rawda mosque massacre #Egypt terror casualties #ISIS attacks Muslims #Egypt security forces response #теракты ИГИЛ Египет #Misirdə Sufi məscidinə hücum: 305 nəfər öldürüldü #İŞİD-in Sufilərə nifrətinin səbəbi nədir? #Misirdə Sufi məscidinə edilən hücumun səbəbləri

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 9 Sentyabr

00:01
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Tarixdə bu gün

Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları

00:01
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
Tarixdə bu gün

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?

8 Sentyabr 00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 8 Sentyabr

8 Sentyabr 00:01

Son Xəbərlər

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.