13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Hökümdar əsərinin yazarı Nikkolo Makiavelli anadan oldu

Makiavelli müasir siyasi nəzəriyyənin banilərindən biri hesab edilir.

3 May 2026 03:00
Bu gün Hökümdar əsərinin yazarı Nikkolo Makiavelli anadan oldu

BAKI,VOA

1469-cu il mayın 3-də italyan filosofu və yazıçısı Nikkolo Makiavelli anadan olub. O, müasir siyasi nəzəriyyənin banilərindən biri hesab edilir.

Florensiya şəhərində doğulan Makiavelli 29 yaşında dövlət xidmətinə başlayaraq qısa müddətdə mühüm siyasi fiqura çevrilib. Müdafiə katibi kimi fəaliyyət göstərdiyi dövrdə şəhərin siyasi gücünün artmasına töhfə verib. Diplomatik missiyaları çərçivəsində o, XII Lüdovik, II Yuli və I Maksimilian kimi dövrünün mühüm liderləri ilə görüşüb. Xüsusilə Cesare Borgia onun siyasi baxışlarına ciddi təsir göstərib.

1512-ci ildə Medici ailəsi ilə münasibətləri pisləşdikdən sonra Makiavelli vəzifədən uzaqlaşdırılıb, həbs olunub və işgəncələrə məruz qalıb. Daha sonra müvəqqəti sürgün həyatı yaşayıb.

Bu dövrdə o, ən məşhur əsəri olan “Hökmdar” əsərini yazıb. 1513-cü ildə qələmə alınan və 1532-ci ildə nəşr olunan bu əsərdə Makiavelli ideal lider modelini – məqsədə çatmaq üçün vasitələri əsas sayan praqmatik və sərt hökmdar obrazını təsvir edib.

Lakin bu əsər ona gözlənilən siyasi dəstəyi qazandırmadı və o, ömrünün sonuna qədər siyasətdən kənarda qaldı. 1527-ci ildə vəfat edən Makiavelli həyatını həsr etdiyi Florensiya cəmiyyətindən uzaq şəkildə dünyasını dəyişib.

Məqalədə: #Florensiya #Nikkolo Makiavelli #Hökümdar əsəri #Praqmatik siyasət #İdeal lider modeli #Medici ailəsi #Cesare Borgia #Siyasi nəzəriyyə #XVI əsr siyasəti #Makiavellinin siyasi baxışları

Mövzu üzrə digər xəbərlər

13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
Tarixdə bu gün

13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik

09:52
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 13 sentyabr

00:01
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

12 Sentyabr 00:10

Son Xəbərlər

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.