4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Hadisə
Hadisə

Qazaxıstan FHN Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təfərrüatları açıqlayıb

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təfərrüatları açıqlayıb.

25 Dekabr 2024 15:40
Qazaxıstan FHN Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təfərrüatları açıqlayıb

Bakı, AzerVoice

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təfərrüatları açıqlayıb.

Bu barədə AzerVoice Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadən günü xəbər verir.

"Bu gün, 25 dekabr 2024-cü il, yerli vaxtla saat 11:00-da Aktau hava limanının (PDSP "Aktau") dispetçerindən Mangistau vilayəti Fövqəladə Hallar Departamentinə Bakı–Qroznı marşrutu üzrə uçan "Azerbaijan Airlines" aviaşirkətinə məxsus "Embraer 190AR" təyyarəsinin fövqəladə vəziyyət elan etdiyi və Aktau hava limanına eniş üçün icazə istədiyi barədə məlumat daxil olub. Təyyarənin gözlənilən eniş vaxtı saat 11:25 təyin edilib", - nazirliyin məlumatında bildirilir.

Qeyd olunur ki, dərhal hadisə yerinə Mangistau vilayəti Fövqəladə Hallar Departamentinin qüvvə və vasitələri göndərilib.

"Saat 11:30-da təyyarənin hava limanından 3 km məsafədə qəzaya uğradığı barədə məlumat daxil olub. Bununla əlaqədar FHN qüvvə və vasitələri yüksək hazırlıq rejiminə keçib. FHN Komanda Mərkəzində Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Milli Qvardiya, Xarici İşlər Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət Respublika Qərargahı yaradılıb. Ümumilikdə, qəza ilə bağlı əməliyyatlara 701 nəfər şəxsi heyət və mülki müdafiə xidmətlərinə məxsus 82 texnika cəlb edilib. Saat 11:45-də yanğın lokallaşdırılıb, saat 12:05-də isə tam söndürülüb. Saat 14:10-a olan məlumata görə, xəstəxanalara 29 nəfər, o cümlədən 2 uşaq yerləşdirilib. Hazırda xilasetmə işləri davam edir", - Qazaxıstan FHN məlumat yayıb.

Bildirilib ki, tibbi yardım göstərilməsi üçün Astanadan Aktauya sanitar aviasiya təyyarəsi göndərilib.

"Həmçinin, fövqəladə hallar naziri general-mayor Çingiz Arınov, fövqəladə hallar üzrə nazir müavini Keqen Tursınbayev və FHN fövqəladə hallar departamentinin rəhbəri hadisə yerində hökumət komissiyasının fəaliyyətini koordinasiya etmək üçün Aktauya yola düşüblər.

Hadisə ilə bağlı dəqiq məlumatların əldə olunması üçün qaynar xətt nömrələri fəaliyyət göstərir: Astana şəhərindəki Komanda Mərkəzi – 8-7172-55-96-21, 55-96-83; Mangistau vilayəti FHN – 8-7292-31-90-91. Hazırkı vaxtadək qaynar xəttə ümumilikdə 272 zəng daxil olub. Xilasetmə və bərpa işlərinin gedişi ilə bağlı məlumatların yenilənməsi gözlənilir", - məlumatda qeyd olunur.

Məqalədə: #AZAL

Mövzu üzrə digər xəbərlər

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov
Cəmiyyət

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

6 İyul 12:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır

1 İyul 14:16
AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib
Cəmiyyət

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

18 İyun 22:30
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb
Cəmiyyət

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

17 İyun 18:18

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.