5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Sosial şəbəkələrdə ideal ata obrazı- “Latte Dad” anlayışı

Son illər sosial mediada yeni valideynlik modeli – “Latte Dad” konsepsiyası yayılmağa başlayıb.

15 İyun 2025 17:00
Sosial şəbəkələrdə ideal ata obrazı- “Latte Dad” anlayışı

BAKI,AzerVoice

Son illər sosial mediada yeni valideynlik modeli – “Latte Dad” konsepsiyası yayılmağa başlayıb.

AzerVoice xəbər verir ki, bu obrazda atalar ənənəvi rollardan kənara çıxaraq övladlarının gündəlik qayğısında daha fəal iştirak edir, sosial şəbəkələrdə isə bu fəaliyyəti estetik məzmun halında paylaşırlar.

Türkiyənin Yaşar Universiteti Peşə Liseyi Xarici Ticarət Proqramının müəllimi Dr. Ece İpekoğlunun doktorluq dissertasiyası çərçivəsində araşdırdığı "Instagram Mom" və "Latte Dad" terminləri, sosial mediada formalaşan yeni valideyn obrazlarını təhlil edir.

Dr. İpekoğlu bildirib ki, "Latte Dad" anlayışı ataların uşaq baxımında daha aktiv rol aldığı, anaların işlədiyi, ataların isə uşaqlarla gündəlik həyatın mərkəzində olduğu modeldir. Bu atalar uşaq arabasında gəzintidən tutmuş kitab oxumağa qədər bir sıra fəaliyyətləri sosial mediada vizual və estetik şəkildə təqdim edirlər.

“Geyimdən istifadə olunan uşaq məhsullarına qədər hər detal planlı şəkildə paylaşılır. Bu, ata-övlad münasibətinin vizual nümayişidir və gender rollarına alternativ təklif edə bilər,” – deyə İpekoğlu vurğulayıb.

Mütəxəssis onu da əlavə edib ki, bu tip məzmunlar reallıqdan uzaq ideal valideyn obrazları yaradır və digər atalar və analar üzərində təzyiq yarada bilər. Dr. İpekoğlu Instagram anaları barədə də danışaraq onların “ideal ana” obrazı təqdim etdiklərini, lakin bu parlaq görüntünün arxasında yuxusuzluq, yorğunluq və maddi sıxıntılar kimi real çətinliklərin gizlədildiyini qeyd edib.

“Baxımlı görünüş, karyera, uşaqlarla keyfiyyətli vaxt keçirmə görüntüsü bəzən digər analarda yetərsiz hissi yarada bilər. Bu isə sosial müqayisə və psixoloji təzyiqi artırır,” – deyə o bildirib.

Məqalədə: #Elmi araşdırma #Bunu bilirsinizmi? #Latte Dad modeli #sosial mediada valideynlik #Instagram Mom #ata-övlad münasibətləri #ideal valideyn obrazları #valideynlik psixologiyası

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.