5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Ağıllı telefonlardan erkən istifadə uşaqlarda psixoloji pozuntulara səbəb ola bilər

Ağıllı telefona 13 yaşından əvvəl çıxış əldə edən uşaqlarda intihar düşüncələri, aşağı özünə dəyər hissi və reallıqdan uzaqlaşma hallarının daha çox müşahidə olunduğu ortaya çıxıb.

26 İyul 2025 14:51
Ağıllı telefonlardan erkən istifadə uşaqlarda psixoloji pozuntulara səbəb ola bilər

BAKI, AzerVoice

Ağıllı telefona 13 yaşından əvvəl çıxış əldə edən uşaqlarda intihar düşüncələri, aşağı özünə dəyər hissi və reallıqdan uzaqlaşma hallarının daha çox müşahidə olunduğu ortaya çıxıb.

Tədqiqatda 18-24 yaş arası 100 min gəncin təqdim etdiyi məlumatlar əsasında 47 müxtəlif sosial, emosional və psixoloji funksiyalara əsaslanan “zehni sağlamlıq indeksi” hazırlanıb. Nəticələrə görə, uşağın ağıllı telefona çıxışı nə qədər erkən olarsa, zehni sağlamlığı bir o qədər zəif olur. M

Araşdırma göstərir ki, qız uşaqları bu təsirlərdən daha çox zərər görür. İştirakçılar arasında qadınların 9.5 faizi, kişilərin isə 7 faizi zehni sağlamlıqla bağlı çətinlik yaşadıqlarını etiraf edib.

Bundan əlavə, erkən yaşda telefon istifadə edən uşaqlarda yuxu pozuntuları və ailədaxili münasibətlərdə gərginlik ehtimalı daha yüksəkdir.

Tədqiqatın baş müəllifi, nevrobioloq Tara Tiaqaracan bildirib ki, ağıllı telefonların 13 yaşdan aşağı uşaqlar üçün qanunla tənzimlənməsi vacibdir.

Tiaqaracan həmçinin bu məhdudiyyətlərin sosial media platformalarında yaş yoxlamaları, rəqəmsal savadlılıq təhsili və texnologiya şirkətləri üçün daha ciddi hesabatlılıq mexanizmləri ilə müşayiət edilməsinin vacibliyini vurğulayıb.

Hazırda Fransa, İtaliya, Hollandiya, İspaniya və digər Avropa ölkələrində məktəblərdə ağıllı telefonlardan istifadəyə qismən və ya tam qadağalar tətbiq olunub. Fransa hökuməti isə 15 yaşdan aşağı şəxslərin sosial media platformalarına daxil olmasının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

Məqalədə: #psixalogiya #sağlamlıq #Elmi araşdırma #elmi tədqiqat #Uşaq psixologiyası #Bunu bilirsinizmi? #psixoloji müalicə #Uşaqlarda narahatlıq və psixoloji təsirlər #depressiyanın səbəbləri #sağlamlıq problemləri

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.