6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Yardım etmək yaşlılıqda zehni geriləməni yavaşladır

Yeni elmi araşdırmaya görə, başqalarına mütəmadi şəkildə yardım edən orta yaş və yaşlı insanlar, bunu etməyənlərlə müqayisədə daha yavaş zehni (bilişsel) geriləmə yaşayır. Nəticələr beynin sağlam qalması üçün sosial fəaliyyətlərin mühüm rol oynadığını ortaya qoyub.

23 Avqust 2025 12:00
Yardım etmək yaşlılıqda zehni geriləməni yavaşladır

BAKI, AzerVoice, Fərid Mikayılov

Yeni elmi araşdırmaya görə, başqalarına mütəmadi şəkildə yardım edən orta yaş və yaşlı insanlar, bunu etməyənlərlə müqayisədə daha yavaş zehni (bilişsel) geriləmə yaşayır. Nəticələr beynin sağlam qalması üçün sosial fəaliyyətlərin mühüm rol oynadığını ortaya qoyub.

Social Science and Medicine jurnalında dərc edilən araşdırma çərçivəsində ABŞ-da yaşayan 51 yaş və yuxarı 30 mindən çox insanın 1998–2020-ci illər arasındakı beyin sağlamlığı göstəriciləri təhlil edilib. Həm rəsmi könüllülük fəaliyyətləri (qurumlarda könüllü olmaq), həm də qeyri-rəsmi yardımlar (məsələn, qonşuya və ya dostlara kömək etmək) öyrənilib.

Məlum olub ki, hər iki növ fəaliyyət daha yüksək zehni funksiyalarla və yaşlandıqca daha yavaş zehni geriləmə ilə bağlıdır. Əksinə, sosial yardımlardan uzaqlaşmaq zehni qabiliyyətlərin daha sürətlə azalması ilə əlaqələndirilib.

Araşdırmaya görə, həftədə cəmi 2–4 saat yardım fəaliyyəti belə beyinin sağlam qalması üçün əhəmiyyətli üstünlüklər yaradır. Üstəlik, bu faydalar davamlı iştirak olduqca yığılaraq artır.

Alimlər bildiriblər ki, tədqiqatda könüllülük fəaliyyətlərinin növləri dəqiq göstərilməyib və nəticələr əsasən iştirakçıların öz bəyanatlarına əsaslanır. Buna görə də səbəb-nəticə əlaqəsi tam sübut olunmayıb.

Bununla belə, nəticələr əvvəlki araşdırmalarla üst-üstə düşür. Əvvəlki tədqiqatlar könüllülüyün zehni performansa müsbət təsir göstərdiyini, bəzi hallarda bu faydaların qadınlarda daha güclü göründüyünü ortaya qoymuşdu.

Avropa Birliyində könüllülük proqramlarının əksəriyyəti gənclərə yönəlsə də, yaşlıların fəallığının artırılması istiqamətində təşəbbüslər də mövcuddur. AB Komissiyası 2021-ci ildə yayımladığı “Yaşlanma haqqında Yaşıl Kitab”da yaşlıların könüllülüyünü təşviq etsə də, əsas vurğu zehni sağlamlıq deyil, nəsillərarası həmrəylik və özünəinam olub.

Məqalədə: #psixalogiya #Elmi araşdırma #elmi tədqiqat #Bunu bilirsinizmi? #Psixi sağlamlıq #depressiyanın zehni təsirləri #Zehni Geriləmə #Social Science and Medicine jurnalı

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
ABŞ-də texnologiya şirkətlərinə qarşı böyük məhkəmə prosesi başlayır
Texnologiya

ABŞ-də texnologiya şirkətlərinə qarşı böyük məhkəmə prosesi başlayır

10 Avqust 20:19

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.