5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Vegetarian qidalanma xərçəng riskini 45 faiz azaldır

Meyvə və tərəvəzlə zəngin qidalanmanın yuxu rejimindən ürək sağlamlığına, beyin və bağırsaq funksiyalarından immunitet sisteminə qədər bir çox sahədə faydalı olduğu uzun müddətdir məlumdur.

24 Avqust 2025 12:00
Vegetarian qidalanma xərçəng riskini 45 faiz azaldır

BAKI,AzerVoice, Fərid Mikayılov

Meyvə və tərəvəzlə zəngin qidalanmanın yuxu rejimindən ürək sağlamlığına, beyin və bağırsaq funksiyalarından immunitet sisteminə qədər bir çox sahədə faydalı olduğu uzun müddətdir məlumdur.

ABŞ-ın Loma Linda Universitetində epidemioloq Qari Freyzerin rəhbərlik etdiyi tədqiqat qrupu vegetarian və vegan qidalanmanın bəzi xərçəng növlərinə qarşı da güclü qoruyucu təsir göstərdiyini açıqlayıb.

2002–2007-ci illər arasında ABŞ və Kanadada yaşayan 79 min 468 nəfərin sağlamlıq göstəriciləri izlənib və 2015-ci ilə qədər onların vəziyyəti müşahidə olunub.

Vegetarianlarda mədə xərçənginə yoluxma riski 45 faiz,

Lenfoma riski 25 faiz azalıb.

Bütün xərçəng növləri birlikdə qiymətləndirildikdə isə risk ümumilikdə 12 faiz aşağı olub.

Alimlər xüsusən həzm sistemi ilə bağlı xərçənglərdə bu təsirin daha qabarıq göründüyünü bildirirlər. Çünki bu orqanlar qidalar və onların parçalanması zamanı yaranan maddələrlə birbaşa təmasdadır.

Mütəxəssislər vurğulayıb ki, ət məhsullarının, xüsusilə emal olunmuş ətlərin, həm mədə, həm də bağırsaq xərçəngində ciddi risk faktoru olduğu artıq sübuta yetirilib. Bunun əksinə, meyvə-tərəvəz, xüsusən də sitrus meyvələri və sağlam bişirmə üsulları (ızgara, buğulama və s.) qoruyucu təsir göstərə bilir.

Tədqiqatçılar qeyd edirlər ki, nəticələr əhəmiyyətli olsa da, bu, qəti səbəb-nəticə əlaqəsini sübut etmir. Vegetarian qidalanmanı seçən insanların çox vaxt idman və sağlam həyat tərzinə daha çox üstünlük verməsi də nəticələrə təsir edə bilər.

Bundan başqa, yanlış planlaşdırılmış vegetarian pəhrizində bəzi vitamin və mineral çatışmazlıqları yarana bilər. Alimlərin əsas tövsiyəsi isə tamamilə vegan olmaq deyil, gündəlik rasionda meyvə və tərəvəzin payını artırmaqdır.

Məqalədə: #ABŞ #Kanada #Xərçəng xəstəliyi #sağlamlıq #qeyri-sağlam qida #Bunu bilirsinizmi? #Vegetarian qidalanma #Sağlam həyat tərzi #sağlam qidalanma tövsiyələri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.