6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Milyonların istifadə etdiyi ağrıkəsicilər antibiotik müqavimətini gücləndirir

Cənubi Avstraliya Universitetində aparılan yeni elmi araşdırma, geniş istifadə olunan ağrıkəsici və hərarətsalıcı dərmanların – ibuprofen və parasetamol – antibiotik müqavimətinin artmasında rol oynadığını üzə çıxarıb.

31 Avqust 2025 16:15
Milyonların istifadə etdiyi ağrıkəsicilər antibiotik müqavimətini gücləndirir

BAKI,AzerVoice, Fərid Mikayılov

Cənubi Avstraliya Universitetində aparılan yeni elmi araşdırma, geniş istifadə olunan ağrıkəsici və hərarətsalıcı dərmanların – ibuprofen və parasetamol – antibiotik müqavimətinin artmasında rol oynadığını üzə çıxarıb.

Mütəxəssislərin sözlərinə görə, bu preparatlar bakterilərdə genetik dəyişiklikləri sürətləndirir və onların antibiotiklərə qarşı daha dayanıqlı olmasına şərait yaradır. Tədqiqat nəticələri göstərib ki, ibuprofen və parasetamol təkbaşına qəbul edildikdə belə müqaviməti artırır, birlikdə istifadə olunduqda isə təsir daha güclü olur.

Alimlər, dərmanların xüsusilə bağırsaq və sidik yolu infeksiyalarına səbəb olan E. coli bakteriyası ilə yanaşı, geniş yayılmış antibiotik ciprofloxacin üzərindəki təsirini araşdırıblar. Nəticədə, bu ağrıkəsicilərin istifadəsi yalnız ciprofloxacin-ə qarşı deyil, müxtəlif siniflərdən olan digər antibiotiklərə qarşı da müqaviməti artırdığı müəyyən olunub.

Tədqiqat çərçivəsində ibuprofen, diklofenak, parasetamol, metformin, tramadol və digər ümumilikdə doqquz dərman da analiz olunub. Nəticələr göstərib ki, antibiotik müqaviməti yalnız antibiotiklərin öz istifadəsi ilə bağlı deyil, digər geniş yayılmış dərmanlarla da əlaqəli ola bilər.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, antimikrobial müqavimət qlobal səhiyyə üçün əsas təhlükələrdən biridir. Yalnız 2019-cu ildə bakterial müqavimət nəticəsində dünyada 1,27 milyon insan həyatını itirib.

Məqalədə: #Elmi araşdırma #elmi tədqiqat #Bunu bilirsinizmi? #dərmanların sağlamlıq riskləri #dərman sektoru #ABŞ dərman siyasəti #parasetamol #ibuprofen

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.