Milyonların istifadə etdiyi ağrıkəsicilər antibiotik müqavimətini gücləndirir
Cənubi Avstraliya Universitetində aparılan yeni elmi araşdırma, geniş istifadə olunan ağrıkəsici və hərarətsalıcı dərmanların – ibuprofen və parasetamol – antibiotik müqavimətinin artmasında rol oynadığını üzə çıxarıb.
Əczaçılardan xəbərdarlıq - dərmanlar rütubətli yerdə və dondurucuda saxlanılmamalıdır
Saydan verdiyi açıqlamada, dərmanların yüksək rütubətli və ya temperatur dəyişikliyinə məruz qalan yerlərdə, məsələn, vanna otağında və ya avtomobillərdə saxlanılmasının zərərli olduğunu bildirib. O, dərmanların tövsiyə olunan temperatur diapazonundan kənarda saxlanmasının effektivliyini azaltdığını və hətta zərərli ola biləcəyini qeyd edib. İnsulin, maye antibiotiklər və göz damcıları kimi dərmanların soyuducuda, lakin birbaşa buz paketləri ilə təmasda olmadan saxlanılmalı olduğunu vurğulayan Saydan, dondurucuya qoyulan dərmanların xarab olduğunu və istifadəyə yararsız hala gəldiyini əlavə edib.
Qocalmanın qarşısını almaq mümkündürmü?
London Universitet Kollecinin rəhbərliyi ilə aparılan beynəlxalq araşdırma rapamisin adlı dərmanın laboratoriya heyvanlarında ömrü əhəmiyyətli dərəcədə uzatdığını ortaya qoyub.