9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Arıqlama iynələrinin təhlükəli təsirləri

3 May 2025 18:00
Arıqlama iynələrinin təhlükəli təsirləri

BAKI, AzerVoice

Dünyada sürətlə yayılan arıqlama üsulu, sağlamlıq risklərini artırır.

AzerVoice xəbər verir ki, son dövrlərdə sürətlə populyarlaşan arıqlama inyeksiyaları nəzarətsiz istifadə nəticəsində ciddi sağlamlıq problemlərinə yol açır.

Xüsusilə sosial media platformalarında və məşhurlar arasında geniş yayılan bu üsul, ilkin mərhələdə sürətli çəki itkisi və arıqlama vədi versə də, bir çox təhlükəli yan təsirləri də özü ilə gətirir.

Mütəxəssislər arıqlama iynələrinin təkcə sifət, əl və ayaqlarda əzələ itkilərinə deyil, həm də ümumi sağlamlıqda ciddi pozuntulara səbəb olduğunu bildirirlər. Üzün sallanması ("Ozampik üzü" adlandırılır), ürək ritm pozğunluqları, həzm sistemi problemləri, mədə və bağırsaq ağrıları, əzələ atrofiyası və qan şəkəri balansının pozulması bu inyeksiyaların əsas təhlükəli təsirləri sırasındadır.

Endokrinologiya və Metabolik Xəstəliklər Mütəxəssisi Prof. Dr. Ela Keskin bildirib ki, bu dərmanlar qəfil əzələ parçalanmasına, hipoglisemiyaya (qanda şəkərin təhlükəli dərəcədə aşağı düşməsi) və həzm sistemində ciddi problemlərə yol aça bilər. Onun sözlərinə görə, bu inyeksiyalar yalnız bədən kütlə indeksi (BKİ) 30-dan yüksək olan obez xəstələrdə və ya əlavə xəstəliklərlə birgə BKİ-si 35-dən yüksək olan şəxslərdə ciddi tibbi nəzarət altında istifadə edilməlidir.

Əslində diabet və piylənmənin müalicəsi üçün hazırlanan bu dərmanların geniş ictimaiyyət üçün asan əldəolunan hala gəlməsi böyük narahatlıq doğurur.

Kardiologiya Mütəxəssisi Prof. Dr. Fatih Mehmet Uçar da arıqlama inyeksiyalarının ürək-damar sisteminə təsirlərinə diqqət çəkərək xəbərdarlıq edib. O bildirib ki, bu dərmanlar qan təzyiqini aşağı sala, ürək ritmini sürətləndirə və aritmiyaları pisləşdirə bilər. Prof. Uçar dərmanların təsirləri barədə kifayət qədər məlumatın olmadığını və bu vəziyyətin pasiyentlər üçün əlavə risklər yaratdığını vurğulayıb.

Mütəxəssislər arıqlama inyeksiyalarının yalnız həkim resepti əsasında və tibbi nəzarət altında satılmalı olduğunu bildirirlər. Onların fikrincə, bu dərmanların nəzarətsiz və çəkiyə uyğun olmayan dozalarda istifadəsi, təkcə estetik fəsadlara deyil, uzunmüddətli sağlamlıq problemlərinə də yol aça bilər.

Qeyd edək ki, dünya səhiyyə qurumları da arıqlama dərmanlarının reseptsiz satışına qarşı daha sərt qaydaların tətbiqini müzakirə edirlər. Belə tədbirlər həm əhalinin sağlamlığını qorumaq, həm də yanlış istifadə nəticəsində yaranan ağırlaşmaların qarşısını almaq məqsədi daşıyır.

Məqalədə: #Bunu bilirsinizmi? #arıqlama inyeksiyaları #arıqlama üsulları və risklər #dərmanların sağlamlıq riskləri #diabet müalicəsi dərmanları #endokrinologiya #ürək ritmi pozuntusu

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.