5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Kompüter qarşısında işləyənlər onurğa sağlamlığını necə qorumalıdır?

Müasir həyat tərzi ilə əlaqəli ən geniş yayılmış sağlamlıq problemlərindən biri bel ağrıları hesab olunur. Xüsusilə uzun müddət kompüter qarşısında işləmək, avtomobil idarə etmək və ya hərəkətsiz vəziyyətdə qalmaq onurğa və əzələ sisteminə ciddi təsir göstərir.

27 May 2026 06:00
Kompüter qarşısında işləyənlər onurğa sağlamlığını necə qorumalıdır?

BAKI, VOA Orxan Qədirzadə

Müasir həyat tərzi ilə əlaqəli ən geniş yayılmış sağlamlıq problemlərindən biri bel ağrıları hesab olunur. Xüsusilə uzun müddət kompüter qarşısında işləmək, avtomobil idarə etmək və ya hərəkətsiz vəziyyətdə qalmaq onurğa və əzələ sisteminə ciddi təsir göstərir.

Problem yalnız oturma forması ilə deyil, eyni vəziyyətdə uzun müddət qalmaqla da bağlıdır. Mütəxəssislər bildirirlər ki, insan bədəni saatlarla hərəkətsiz qalmaq üçün uyğun qurulmayıb.

Həkimlərin sözlərinə görə, uzun müddət oturmaq onurğanın təbii əyriliyini dəyişir, əzələlərə, bağlara və fəqərələr arasındakı disklərə əlavə yük yaradır. Bu isə beldə ağrı, gərginlik və keyimə hissinə səbəb ola bilər.

Xüsusilə telefon və kompüter ekranına doğru davamlı əyilmə “texnologiya boynu” adlandırılan problemin yaranmasına gətirib çıxarır və boyunla yanaşı bel nahiyəsində də təzyiqi artırır.

Araşdırmalarda qeyd olunur ki, təkcə düzgün oturuş kifayət deyil. Əsas məsələ mütəmadi hərəkət etmək və vəziyyəti tez-tez dəyişməkdir.

2026-cı ilin əvvəlində yayımlanan tədqiqat göstərib ki, oturma və ayaqüstə dayanma arasında növbələşmə bel və boyun ağrılarını azaltmaqla yanaşı diqqət və məhsuldarlığı da artırır.

Araşdırmaya əsasən, 30 dəqiqə oturduqdan sonra 15 dəqiqə ayaqüstə qalmaq daha faydalı hesab olunur. Mütəxəssislər bildirirlər ki, hətta rahat kreslo və xüsusi iş masası istifadə olunsa belə, uzun müddət hərəkətsizlik sağlamlıq riskini artırır.

Norveçdə 11 mindən çox insan üzərində aparılan başqa bir araşdırma isə gündə 100 dəqiqədən artıq yeriməyin xroniki bel ağrısı riskini təxminən dörddəbir azaltdığını ortaya qoyub.

Mütəxəssislər hesab edirlər ki, hərəkətin intensivliyindən çox davamlılığı önəmlidir. Bu səbəbdən qısa, lakin mütəmadi gəzintilər belə onurğa sağlamlığı üçün faydalı sayılır.

Bel ağrılarını azaltmaq üçün mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:

belin tam şəkildə kresloya söykəndirilməsi
ayaqların yerə tam təmas etməsi
ekranın göz səviyyəsində yerləşdirilməsi
ehtiyac olduqda bel nahiyəsi üçün kiçik yastıqdan istifadə
oturuş vəziyyətinin tez-tez dəyişdirilməsi
gün ərzində qısa müddətli gəzmək və ayağa qalxmaq

Həkimlər həmçinin qarın və bel əzələlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar. Çünki zəif əzələlər onurğanı kifayət qədər dəstəkləyə bilmir və bu da ağrı riskini artırır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bel ağrısı keyimə, hərəkət zəifliyi, sidik saxlaya bilməmə və ya uzun müddət davam edən ağrı ilə müşahidə olunursa, mütləq həkim müayinəsinə müraciət edilməlidir.

Məqalədə: #Oturaq həyat tərzi #onurğa sağlamlığı #bel ağrısı #boyun ağrısı #texnologiya boynu #düzgün oturuş #iş masası ergonomiyası #gündəlik hərəkət

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu
Redaktorun Seçimi

İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

30 Avqust 15:00
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?
Maraqlı faktlar

Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?

23 Avqust 16:00

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.