13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İsrail ordusu İranda 3 mindən çox hədəfin vurulduğunu bildirib

İsrail ordusu ABŞ ilə birgə həyata keçirdiyi əməliyyatlar çərçivəsində fevralın 28-dən bu yana İranda 3 mindən çox hədəfi vurduğunu bəyan edib. İsrail ordusundan edilən yazılı açıqlamada Tehran rəhbərliyinə məxsus obyektlərə hücumların davam etdiyi bildirilib. Məlumatda qeyd olunub ki, İsrail döyüş təyyarələri fevralın 28-də ABŞ ilə birlikdə başladığı hücumlarda İran ərazisində 3 mindən çox hədəfə zərbə endirib.

24 Mart 2026 13:13
İsrail ordusu İranda 3 mindən çox hədəfin vurulduğunu bildirib

BAKI,VOA, Nailə Babazadə

İsrail ordusu ABŞ ilə birgə həyata keçirdiyi əməliyyatlar çərçivəsində fevralın 28-dən bu yana İranda 3 mindən çox hədəfi vurduğunu bəyan edib.

VOA xəbər verir ki, İsrail ordusundan edilən yazılı açıqlamada Tehran rəhbərliyinə məxsus obyektlərə hücumların davam etdiyi bildirilib. Məlumatda qeyd olunub ki, İsrail döyüş təyyarələri fevralın 28-də ABŞ ilə birlikdə başladığı hücumlarda İran ərazisində 3 mindən çox hədəfə zərbə endirib.

Bundan əlavə, dünən İranın qərb və mərkəzi bölgələri ilə yanaşı, paytaxt Tehrana qarşı "genişmiqyaslı hava hücumlarının" həyata keçirildiyi və 50-dən çox hədəfin vurulduğu iddia edilib. Dünən hədəf alınan obyektlər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki kəşfiyyat komandanlıq qərargahı, Kəşfiyyat Nazirliyinin komanda mərkəzi, həmçinin silah və ballistik raket anbarları ilə hava hücumundan müdafiə sistemlərinin olduğu irəli sürülüb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran #İsrail İran münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.