4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Atəşkəsdən sonra Hörmüz boğazından keçən ilk gəmi Yunanıstana məxsus olub

ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından bir neçə saat sonra Hörmüz boğazında gəmilərin hərəkəti bərpa edilib. Şərti atəşkəs elan edildikdən sonra strateji boğazı keçən ilk gəmi Liberiya bayrağı altında üzən "Dayton Beach" yük gəmisi olub. İranın Bəndər-Abbas limanındakı gözləmə zonasını tərk edən gəmi, Hörmüz boğazından keçərək Birləşmiş Ərəb Əmirliyinin Əl-Füceyrə limanına doğru istiqamət alıb.

8 Aprel 2026 14:38
Atəşkəsdən sonra Hörmüz boğazından keçən ilk gəmi Yunanıstana məxsus olub

BAKI,VOA, Orxan Qədirzadə

ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından bir neçə saat sonra Hörmüz boğazında gəmilərin hərəkəti bərpa edilib.

VOA "Marine Traffic" portalının naviqasiya məlumatlarına əsasən xəbər verir ki, şərti atəşkəs elan edildikdən sonra strateji boğazı keçən ilk gəmi Liberiya bayrağı altında üzən "Dayton Beach" yük gəmisi olub. İranın Bəndər-Abbas limanındakı gözləmə zonasını tərk edən gəmi, Hörmüz boğazından keçərək Birləşmiş Ərəb Əmirliyinin Əl-Füceyrə limanına doğru istiqamət alıb.

Aparılan araşdırmalar göstərir ki, sözügedən gəmi Yunanıstan mərkəzli bir şirkət tərəfindən idarə olunur. Qeydiyyat nömrəsi 9615054 olan gəmi, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların ilk günlərindən bəri hərəkətsiz qalıbmış. Məlumata görə, fevralın 19-da Bəhreynin Sitra limanına daxil olan gəmi, daha sonra İranın Bəndər-Abbas limanında lövbər salaraq müharibənin sonuna qədər orada gözləməli olub.

Xatırladaq ki, hərbi əməliyyatların gərginləşdiyi dövrdə rəsmi Tehran Hörmüz boğazında naviqasiyaya sərt məhdudiyyətlər tətbiq etmişdi. Təkcə aprelin 4-dən 6-na qədər olan müddətdə boğazdan cəmi 29 gəminin keçidi qeydə alınmışdı ki, bu da normal hərəkət intensivliyi ilə müqayisədə kəskin azalma demək idi. Hazırda hərəkətin bərpası müəyyən edilmiş marşrutlara riayət olunması, əvvəlcədən koordinasiya və təhlükəsizlik şərtlərinə əməl edilməsi çərçivəsində mümkündür.

Müharibənin 40-cı günündə ABŞ Prezidenti Donald Tramp tərəflər arasında iki həftəlik atəşkəs barədə razılığın əldə olunduğunu təsdiqləyib. Prezident bu razılaşmanı ABŞ-ın "tam və qəti qələbəsi" kimi qiymətləndirib. Atəşkəs şərtlərinə görə, İran Hörmüz boğazını dərhal və tam şəkildə təhlükəsiz naviqasiya üçün açmalı, qarşılığında isə ABŞ bombalamaları dayandırmalıdır.

Məqalədə: #atəşkəs razılaşması #Dəniz təhlükəsizliyi #Dayton Beach gəmisi #dəniz nəqliyyatı #naviqasiya məlumatları #Bəndər-Abbas limanı #Əl-Füceyrə limanı #ticari gəmilər #Liberiya bayrağı #yük daşımaları #Hörmüz boğazından keçən ilk gəmi 2026 #ABŞ və İran arasında şərti atəşkəs şərtləri #Marine Traffic canlı gəmi izləmə Hörmüz #Yunanıstan gəmi şirkətləri İran müharibəsi #Hörmüz boğazının açılması son dəqiqə xəbərləri #Dayton Beach gəmisinin marşrutu

Mövzu üzrə digər xəbərlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp
Digər Dövlətlər

İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

2 Sentyabr 22:42
İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib
İran

İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

2 Sentyabr 21:37
Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib
Digər Dövlətlər

Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

2 Sentyabr 19:56

Son Xəbərlər

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
14:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.