5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Nüvə ambisiyalarından əl çəkmirlər, Hörmüz boğazı blokadaya alınır - Trampdan İrana kəskin xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp İslamabadda keçirilən yüksək səviyyəli görüşlərdən sonra İranın nüvə proqramı və Hörmüz boğazındakı fəaliyyəti ilə bağlı şok bəyanatlar verib. Prezident İranın dünyanı şantaj etdiyini bildirərək, ABŞ Hərbi Dəniz Qüvvələrinə boğazın tam blokadaya alınması və minaların təmizlənməsi barədə göstəriş verib.

12 Aprel 2026 17:15
Nüvə ambisiyalarından əl çəkmirlər, Hörmüz boğazı blokadaya alınır - Trampdan İrana kəskin xəbərdarlıq

BAKI,VOA

ABŞ Prezidenti Donald Tramp İslamabadda keçirilən yüksək səviyyəli görüşlərdən sonra İranın nüvə proqramı və Hörmüz boğazındakı fəaliyyəti ilə bağlı şok bəyanatlar verib. Prezident İranın dünyanı şantaj etdiyini bildirərək, ABŞ Hərbi Dəniz Qüvvələrinə boğazın tam blokadaya alınması və minaların təmizlənməsi barədə göstəriş verib.

Prezident Tramp İslamabad görüşü ilə bağlı vitse-prezident C.D. Vens, Stiv Vitkoff və Cared Kuşnerdən aldığı geniş brifinqdən sonra bildirib ki, danışıqlarda əksər bəndlər üzrə razılıq əldə olunsa da, ən mühüm məsələ olan nüvə faylı üzrə heç bir irəliləyiş olmayıb.

"İran öz nüvə ambisiyalarından əl çəkməyə hazır deyil. Əldə olunan razılaşmalar hərbi əməliyyatların davam etməsindən yaxşı olsa da, nüvə enerjisinin belə qeyri-sabit və mütəqallib insanların əlində olması ilə müqayisə edilə bilməz."-deyə Tramp bildirib.

Prezident Tehranın Hörmüz boğazını açmaq vədinə qəsdən əməl etmədiyini və bu vəziyyətin bir çox ölkədə narahatlıq yaratdığını vurğulayıb. Tramp İranın boğazdan keçən gəmilərdən rüsum tələb etməsini "beynəlxalq şantaj" adlandıraraq, ABŞ-ın cavab tədbirlərini açıqlayıb:

Hərbi blokada: "ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olan və ya çıxan bütün gəmiləri blokadaya almağa başlayacaq. Bu prosesdə digər dövlətlər də iştirak edəcək."

Qanunsuz rüsumlara son: "Beynəlxalq sularda İrana rüsum ödəyən hər bir gəminin izlənilməsi və qarşısının alınması barədə göstəriş vermişəm. İrana qanunsuz ödəniş edən heç bir tərəfə açıq dənizdə təhlükəsiz keçid təmin olunmayacaq."

Trampın ən kəskin xəbərdarlığı isə boğazda basdırılmış minalarla bağlı olub. O, ABŞ ordusunun minaları məhv etməyə başlayacağını elan edib.

"İranlıların Hörmüz boğazına yerləşdirdiyi minaları təmizləməyə başlayırıq. Əməliyyat zamanı bizə atəş açan hər bir iranlı dərhal havaya uçurulacaq və cəhənnəmə göndəriləcək."-deyə ABŞ prezidenti qeyd edib.

Prezident həmçinin xatırladıb ki, İranın bir çox lideri, o cümlədən keçmiş Ali Rəhbər məhz bu nüvə ambisiyaları səbəbindən həyatını itirib. O, ABŞ-ın və digər dünya liderlərinin Tehranın şantajlarına heç vaxt boyun əyməyəcəyini qətiyyətlə vurğulayıb.

Məqalədə: #İran #Donald Tramp #Hörmüz boğazı #ABŞ ordusu #İran xəbərləri #İslamabad görüşü #Donald Trampın Hörmüz boğazı üçün tam blokada əmri və İranın nüvə ambisiyalarına son xəbərdarlığı #İslamabad danışıqlarının iflası: Trampdan İran minalarının təmizlənməsi və hərbi müdaxilə hədəsi #İranın Hörmüz boğazında rüsum şantajına Vaşinqtonun cavabı: ABŞ Hərbi Dəniz Qüvvələri blokadaya başlayır #Nüvə faylı üzrə razılaşma yoxdur: Trampın İranın mütəqallib rəhbərliyinə qarşı sərt dəniz strategiyası #Hörmüz boğazında gərginlik pik həddə: İrana qanunsuz rüsum ödəyən gəmilər üçün təhlükəsizlik zəmanəti ləğv edildi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.