11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Müzakirələrdə İranın maraqları təmin olunmalıdır - Əraqçi

İranın xarici işlər naziri danışıqlar prosesində ölkəsinin maraqlarının qorunmasının əsas prioritet olduğunu bəyan edib. Əraqçi bildirib ki, İslamabaddakı görüşlər zamanı İran ilə ABŞ arasında danışıqların hansı şərtlər altında davam etdirilə biləcəyi müzakirə olunub. Onun sözlərinə görə, “40 günlük müqavimətdən sonra İran xalqının hüquqları mütləq təmin edilməli və ölkənin maraqları qorunmalıdır”.

27 Aprel 2026 09:21
Müzakirələrdə İranın maraqları təmin olunmalıdır - Əraqçi

BAKI,VOA, Fərid Mikayılov

İranın xarici işlər naziri danışıqlar prosesində ölkəsinin maraqlarının qorunmasının əsas prioritet olduğunu bəyan edib.

VOA xəbər verir ki, Abbas Əraqçi ABŞ və İsrail hücumları fonunda baş vermiş 40 günlük qarşıdurmadan sonra aparılan danışıqlarda İranın milli maraqlarının təmin olunmasının vacibliyini vurğulayıb.

İranlı nazir İslamabad şəhərində keçirilən görüşlərdən sonra Rusiya səfəri çərçivəsində Sankt-Peterburq şəhərinə yollanıb.

Əraqçi bildirib ki, İslamabaddakı görüşlər zamanı İran ilə ABŞ arasında danışıqların hansı şərtlər altında davam etdirilə biləcəyi müzakirə olunub. Onun sözlərinə görə, “40 günlük müqavimətdən sonra İran xalqının hüquqları mütləq təmin edilməli və ölkənin maraqları qorunmalıdır”.

Nazir qeyd edib ki, Rusiya səfərinin məqsədi Rusiya ilə regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı gücləndirməkdir. Bu çərçivədə onun Sergey Lavrov və Vladimir Putin ilə görüşü planlaşdırılır.

Oman səfərinə toxunan Əraqçi Oman ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Hörmüz boğazı ətrafında təhlükəsizlik məsələləri qlobal əhəmiyyət daşıyır və bu istiqamətdə tərəflər arasında sıx məsləhətləşmələr aparılmalıdır.

Məqalədə: #İran #Rusiya #ABŞ #Tel-Əviv #Tehran #Sankt-Peterburq #Vaşinqton #Abbas Əraqçi #ABŞ İsrail İran qarşıdurması

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

20:45
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran

İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu

17:42
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.