10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran böhranı aviasiya sektorunda “yaşıl yanacaq”a marağı artırır

İranla bağlı hərbi hadisələr və Hörmüz boğazı ətrafında yaranan vəziyyət səbəbindən jet yanacağının qiyməti kəskin artıb, bu isə aviaşirkətləri alternativ enerji mənbələrinə yönəldib. Məlumata görə, ənənəvi reaktiv yanacağının qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə demək olar ki, iki dəfə artaraq ton başına 1500 dolları keçib. Bu artım aviaşirkətlərin gəlirliliyinə ciddi təsir göstərir.

29 Aprel 2026 09:25
İran böhranı aviasiya sektorunda “yaşıl yanacaq”a marağı artırır

BAKI,VOA, Fərid Mikayılov

Yaxın Şərqdə gərginliyin artması qlobal aviasiya sektorunda yeni tendensiyaları gündəmə gətirib.

VOA xəbər verir ki, İranla bağlı hərbi hadisələr və Hörmüz boğazı ətrafında yaranan vəziyyət səbəbindən reaktiv yanacağın qiyməti kəskin artıb, bu isə aviaşirkətləri alternativ enerji mənbələrinə yönəldib.

Məlumata görə, ənənəvi reaktiv yanacağının qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə demək olar ki, iki dəfə artaraq ton başına 1500 dolları keçib. Bu artım aviaşirkətlərin gəlirliliyinə ciddi təsir göstərir.

Ekspertlər bildirir ki, mövcud vəziyyət SAF-a marağı artırıb. Biokütlədən, o cümlədən istifadə olunmuş yemək yağlarından istehsal edilən bu yanacaq mövcud mühərriklərlə uyğunluq təşkil edir və emissiyaları 80 faizə qədər azalda bilir.

Qeyd olunur ki, əvvəllər SAF-ın əsas problemi yüksək qiymət idi. Lakin ənənəvi yanacağın bahalaşması nəticəsində qiymət fərqi əhəmiyyətli dərəcədə azalıb və artıq iki dəfədən aşağı səviyyəyə düşüb.

Bununla yanaşı, Avropanın reaktiv yanacaq ehtiyacının təxminən 30 faizinin Körfəz regionundan təmin olunması Hörmüz boğazındakı vəziyyəti strateji riskə çevirib.

Mütəxəssislər bildirir ki, alternativ kimi e-SAF texnologiyası da gündəmdədir. Bu yanacaq növü yaşıl hidrogen və karbonun birləşdirilməsi ilə əldə olunur. Lakin onun maya dəyəri ənənəvi yanacaqdan dəfələrlə yüksəkdir.

Analitiklərin fikrincə, mövcud böhran fonunda investisiyalar daha çox yaşıl enerji və bioloji yanacaq istehsalına yönələcək.

Məqalədə: #İran #ABŞ #Tehran #Yaxın Şərq #Vaşinqton #Hörmüz boğazı #İran-ABŞ qarşıdurması #İsrail-İran müharibəsi

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran

İran rejimi süquta “çox yaxındır” - Netanyahu

9 Sentyabr 19:50
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb

9 Sentyabr 18:25

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.