13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Bəhreyn SEPAH ilə əlaqəli qrupun üzvlərini saxlayıb

Bəhreyn Daxili İşlər Nazirliyi İran İnqilab Keşikçiləri Korpusu və “Vilayəti-Fəqih” ideologiyası ilə əlaqəli olduğu bildirilən təşkilatın ifşa edildiyini və 41 nəfərin saxlanıldığını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda təhlükəsizlik orqanlarının uzunmüddətli araşdırmalar, təhlükəsizlik hesabatları və prokurorluq tərəfindən aparılan istintaq tədbirləri nəticəsində sözügedən şəbəkəni müəyyən etdiyi bildirilib.

9 May 2026 15:04
Bəhreyn SEPAH ilə əlaqəli qrupun üzvlərini saxlayıb

BAKI,VOA Orxan Qədirzadə

Bəhreyn Daxili İşlər Nazirliyi İran İnqilab Keşikçiləri Korpusu və “Vilayəti-Fəqih” ideologiyası ilə əlaqəli olduğu bildirilən təşkilatın ifşa edildiyini və 41 nəfərin saxlanıldığını açıqlayıb.

VOA xəbər verir ki, nazirliyin yaydığı bəyanatda təhlükəsizlik orqanlarının uzunmüddətli araşdırmalar, təhlükəsizlik hesabatları və prokurorluq tərəfindən aparılan istintaq tədbirləri nəticəsində sözügedən şəbəkəni müəyyən etdiyi bildirilib.

Rəsmi məlumata görə, saxlanılan şəxslər xarici tərəflərlə əməkdaşlıq, casusluq fəaliyyəti və İranın Bəhreynə qarşı “düşmənçilik xarakterli fəaliyyətlərinə” simpatiya göstərməkdə ittiham olunur.

Bəyanatda qeyd olunub ki, hüquq-mühafizə orqanları saxlanılan şəxslərlə bağlı hüquqi prosedurları davam etdirir. Eyni zamanda təşkilatla əlaqəsi olduğu ehtimal edilən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Hadisə fonunda Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifənin ötən ay verdiyi açıqlamalar da yenidən gündəmə gəlib. O bildirmişdi ki, ölkəyə qarşı həyata keçirilən “İran hücumu” dövlətin təhlükəsizliyi və sabitliyini hədəfə alıb.

Bəhreyn kralı bəyan etmişdi ki, bəzi şəxslər xarici qüvvələrlə əməkdaşlıq edərək ölkənin suverenliyinə qarşı fəaliyyət göstəriblər. O, bunu “bağışlanmaz xəyanət” kimi qiymətləndirmişdi.

Məlumata görə, son günlər Bəhreyndə İranla əlaqəli casusluq və təhlükəsizlik işləri üzrə bir sıra məhkəmə qərarları da qəbul olunub. Manama şəhərində yerləşən Ali Cinayət Məhkəməsi ayrı-ayrı işlər üzrə İran İnqilab Keşikçiləri ilə əməkdaşlıqda ittiham olunan şəxslərə ömürlük həbs cəzası verib.

Rəsmi məlumatlarda bildirilir ki, ümumilikdə müxtəlif işlər üzrə onlarla şəxs 5 ildən 10 ilədək həbs cəzasına məhkum edilib. Bundan əlavə, İranın fəaliyyətlərini dəstəkləməkdə ittiham olunan 69 nəfərin vətəndaşlıqdan məhrum edildiyi açıqlanıb.

Bəhreyn rəsmiləri qeyd edirlər ki, bu addımlar ölkənin təhlükəsizliyinin qorunması və daxili sabitliyin təmin olunması məqsədi daşıyır.

Qeyd edək ki, ABŞ və İsrailin fevral ayında İrana qarşı başladığı müharibədən sonra regionda təhlükəsizlik vəziyyəti daha da gərginləşib. İranın bölgədəki müxtəlif hədəflərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi Körfəz ölkələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

Məqalədə: #Bəhreyn #Casusluq ittihamı #İran İnqilab Keşikçiləri #İran təsiri #Körfəz ölkələri #Körfəz təhlükəsizliyi #Vilayəti-fəqih #İran-Bəhreyn münasibətləri #təhlükəsizlik şəbəkəsi #Bəhreyn məhkəməsi

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.