7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Hüquqlarımız təmin olunana qədər heç bir razılaşmanı təsdiqləməyəcəyik - Qalibaf

İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ ilə davam edən danışıqlarla bağlı ölkəsinin mövqeyini açıqlayıb. Onun sözlərinə görə, diplomatiyanın əsas məqsədi qarşıdurma meydanında əldə olunan nəticələri siyasi müstəvidə möhkəmləndirməkdir.

31 May 2026 16:43
Hüquqlarımız təmin olunana qədər heç bir razılaşmanı təsdiqləməyəcəyik - Qalibaf

BAKI,VOA, Fərid Mikayılov

İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ ilə davam edən danışıqlarla bağlı ölkəsinin mövqeyini açıqlayıb.

VOA xəbər verir ki, Qalibaf parlamentin onlayn iclasında çıxışı zamanı bildirib ki, İran xalqının hüquqları tam təmin olunmadan heç bir razılaşma təsdiqlənməyəcək.

Onun sözlərinə görə, diplomatiyanın əsas məqsədi qarşıdurma meydanında əldə olunan nəticələri siyasi müstəvidə möhkəmləndirməkdir.

“Diplomatik cəbhədə fəaliyyət göstərən nümayəndələrimiz qarşı tərəfin vədlərinə etibar etmir. Bizim üçün əsas meyar konkret nəticələrin əldə olunmasıdır. Öhdəliklərimizi yalnız qarşılığında real nailiyyətlər əldə etdiyimiz halda yerinə yetirəcəyik. İran xalqının hüquqları təmin olunana qədər heç bir sazişi təsdiqləməyəcəyik”, – deyə Qalibaf vurğulayıb.

İran parlamentinin sədri həmçinin bəyan edib ki, ölkəyə qarşı təzyiqlər artıq yeni mərhələyə keçib. Onun fikrincə, xarici qüvvələr iqtisadi təzyqlər və informasiya kampaniyaları vasitəsilə milli birliyi zəiflətməyə çalışırlar.

Qalibaf qeyd edib ki, İran bu təzyiqlərə baxmayaraq mübarizəsini hərbi, diplomatik və sosial sahələrdə davam etdirəcək.

Məqalədə: #İran #ABŞ #Tehran #Məhəmməd Baqir Qalibaf #ABŞ İran toqquşması

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.