5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran BAEA-nın hesabatını niyə tənqid edir?

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) son hesabatını və qurumun baş direktoru Rafael Qrossinin açıqlamalarını tənqid edib. Qəribabadi bildirib ki, İranın bəzi nüvə obyektləri ilə bağlı “qeyri-müəyyənlik” və “çıxış imkanlarının məhdudluğu” barədə iddialar ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumların nəticəsidir. Onun sözlərinə görə, beynəlxalq nəzarət altında olan nüvə obyektlərinə zərbələr endirildiyi halda, BAEA həmin hücumları pisləməyib.

6 İyun 2026 17:58
İran BAEA-nın hesabatını niyə tənqid edir?

BAKI,VOA, Fərid Mikayılov

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) son hesabatını və qurumun baş direktoru Rafael Qrossinin açıqlamalarını tənqid edib.

VOA xəbər verir ki, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi sosial şəbəkədə paylaşdığı açıqlamada BAEA-nı İranın nüvə proqramına münasibətdə siyasi qərəz nümayiş etdirməkdə ittiham edib.

Qəribabadi bildirib ki, İranın bəzi nüvə obyektləri ilə bağlı “qeyri-müəyyənlik” və “çıxış imkanlarının məhdudluğu” barədə iddialar ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumların nəticəsidir. Onun sözlərinə görə, beynəlxalq nəzarət altında olan nüvə obyektlərinə zərbələr endirildiyi halda, BAEA həmin hücumları pisləməyib.

İran rəsmisi vurğulayıb ki, agentlik yaranmış vəziyyətin səbəblərini nəzərə almadan, onun nəticələrindən istifadə edərək Tehrana qarşı ittihamlar irəli sürür.

Qəribabadi həmçinin bildirib ki, nüvə obyektlərinə hücumlar təkcə İranın suverenliyinə deyil, həm də nüvə silahlarının yayılmaması rejiminə və beynəlxalq təminat mexanizmlərinin etibarlılığına zərbə vurur.

O, İranın uranın 60 faiz zənginləşdirilməsi ilə bağlı tez-tez gündəmə gətirilən iddiaların texniki deyil, siyasi xarakter daşıdığını bildirib və ölkəsinin nüvə proqramının BAEA ilə mövcud razılaşmalar çərçivəsində həyata keçirildiyini qeyd edib.

Məqalədə: #İran #İran XİN #Rafael Qrossi #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #İranın uran zənginləşdirməsi #İranın uran ehtiyatları təhlükə doğururmu?

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.