5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

ABŞ-İran razılaşması yaxınlaşır? 24 milyard dollarlıq aktivlərin azad ediləcəyi iddia olunur

İranın dondurulmuş milyardlarla dollarlıq aktivlərinin azad edilməsini nəzərdə tutan mümkün ABŞ-İran razılaşması ilə bağlı yeni detallar ortaya çıxıb. İranın Mehr agentliyinin yaydığı məlumata görə, tərəflər arasında hazırlanan memorandum layihəsi qəbul edilərsə, İranın xaricdə bloklanmış 24 milyard dollar vəsaiti 60 günlük müddət ərzində mərhələli şəkildə sərbəst buraxılacaq.

12 İyun 2026 14:40
ABŞ-İran razılaşması yaxınlaşır? 24 milyard dollarlıq aktivlərin azad ediləcəyi iddia olunur

BAKI,VOA Orxan Qədirzadə

İranın dondurulmuş milyardlarla dollarlıq aktivlərinin azad edilməsini nəzərdə tutan mümkün ABŞ-İran razılaşması ilə bağlı yeni detallar ortaya çıxıb. İranın Mehr agentliyinin yaydığı məlumata görə, tərəflər arasında hazırlanan memorandum layihəsi qəbul edilərsə, İranın xaricdə bloklanmış 24 milyard dollar vəsaiti 60 günlük müddət ərzində mərhələli şəkildə sərbəst buraxılacaq.

Məlumatda bildirilir ki, vəsaitin təxminən yarısı yekun danışıqlar başlamazdan əvvəl Tehranın istifadəsinə verilə bilər. Qalan hissənin isə 60 günlük danışıqlar prosesində mərhələlərlə açılması nəzərdə tutulur.

Layihədə yalnız maliyyə məsələləri deyil, həm də regional təhlükəsizliklə bağlı müddəaların yer aldığı qeyd edilir. Sənədə əsasən, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların daimi və dərhal dayandırılması nəzərdə tutulur.

Eyni zamanda İranın nüvə proqramının gələcəyi də danışıqların əsas mövzularından biri olacaq. Məlumata görə, 60 günlük müzakirələr zamanı nüvə fəaliyyətləri, zənginləşdirilmiş materialların taleyi və texniki infrastruktur məsələləri müzakirə ediləcək.

ABŞ Prezidenti Donald Tramp bir neçə gün ərzində razılaşmanın imzalana biləcəyini bəyan edib. O bildirib ki, İranla aparılan danışıqlar ölkənin ən yüksək rəhbərlik səviyyəsinə çatdırılıb və razılaşmanın əsas prinsipləri təsdiqlənib. Tramp həmçinin İrana qarşı planlaşdırılmış hərbi zərbələrin ləğv edildiyini açıqlayıb.

Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi yekun razılığın əldə olunmadığını bildirib. Onun sözlərinə görə, sənədin böyük hissəsi razılaşdırılsa da, ABŞ tərəfinin son mərhələdə yeni tələblər irəli sürməsi danışıqları çətinləşdirib.

İranın Tasnim agentliyi isə Trampın son iki ay ərzində oxşar razılaşmanın yaxın olduğunu dəfələrlə bəyan etdiyini xatırladaraq, rəsmi Tehran tərəfindən təsdiq verilməyən məlumatlara ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı diqqət çəkən digər açıqlama İsrail tərəfindən gəlib. Benyamin Netanyahunun ofisi bəyan edib ki, İsrail İranla hazırlanan memorandumun tərəfi deyil. Bununla belə, Netanyahu ABŞ administrasiyasının nüvə materiallarının ölkədən çıxarılması, uranın zənginləşdirilməsi infrastrukturunun məhdudlaşdırılması, raket istehsalının azaldılması və regional silahlı qruplara dəstəyin dayandırılması ilə bağlı mövqeyini dəstəklədiyini bildirib.

Fevral ayında ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra bölgədə yaranan gərginlik aprel ayında əldə edilən atəşkəslə müvəqqəti olaraq səngisə də, tərəflər arasında yekun siyasi həll yolu tapılmamışdı.

Bu arada İran rəsmiləri ABŞ tərəfindən mümkün yeni hücumlar halında daha sərt cavab veriləcəyini bəyan ediblər. İran Silahlı Qüvvələrinin nümayəndələri bölgədə müharibənin yenidən alovlana biləcəyi barədə xəbərdarlıq ediblər.

İran həmçinin qlobal enerji bazarları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı sərt mövqeyini qoruyur. Tehran tərəfindən yaradılmış yeni nəzarət qurumu boğazın qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb. Bu qərar dünya enerji bazarlarında narahatlığı daha da artırıb.

Müşahidəçilər hesab edirlər ki, əgər tərəflər yaxın günlərdə ortaq məxrəcə gələ bilsələr, bu, həm İranın iqtisadi vəziyyətinə, həm də Yaxın Şərqdə təhlükəsizlik balansına ciddi təsir göstərə biləcək ən mühüm diplomatik razılaşmalardan biri olacaq.

Məqalədə: #Benyamin Netanyahu #ABŞ-İran razılaşması #İranın dondurulmuş milyardlarla dollarlıq aktivləri #ABŞ-İran razılaşması ilə bağlı yeni detallar #İranın xaricdə bloklanmış 24 milyard dollar vəsaiti

Mövzu üzrə digər xəbərlər

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

4 Sentyabr 18:51
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib
Livan

İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

3 Sentyabr 18:44

Son Xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.