5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran ABŞ-ın hücumlarına cavab olaraq 85 hərbi obyekti hədəfə aldığını açıqlayıb

İran ABŞ-ın ölkənin cənubuna endirdiyi zərbələrə cavab olaraq Bəhreyn və Küveytdə yerləşən ABŞ-a məxsus 85 hərbi obyektə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Bəyanatda bildirilib ki, ABŞ gecə saatlarında Hörmüzqan və Məhşəhr sahillərində yerləşən bəzi hərbi bazalara və mülki obyektlərə hava zərbələri endirməklə atəşkəsi və tərəflər arasında əldə olunmuş razılaşmanı pozub.

8 İyul 2026 09:40
İran ABŞ-ın hücumlarına cavab olaraq 85 hərbi obyekti hədəfə aldığını açıqlayıb

BAKI,VOA Orxan Qədirzadə

İran ABŞ-ın ölkənin cənubuna endirdiyi zərbələrə cavab olaraq Bəhreyn və Küveytdə yerləşən ABŞ-a məxsus 85 hərbi obyektə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Bəyanatda bildirilib ki, ABŞ gecə saatlarında Hörmüzqan və Məhşəhr sahillərində yerləşən bəzi hərbi bazalara və mülki obyektlərə hava zərbələri endirməklə atəşkəsi və tərəflər arasında əldə olunmuş razılaşmanı pozub.

İnqilab Keşikçiləri Korpusu cavab əməliyyatı çərçivəsində Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələrin birgə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları hücumları nəticəsində Bəhreyndə yerləşən Salman limanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı, eləcə də Küveytdəki Əli əl-Salem aviabazası da daxil olmaqla 85 ABŞ hərbi obyektinin hədəfə alındığını bildirib.

Məlumatda həmçinin ABŞ-a məxsus MQ-9 tipli bir pilotsuz uçuş aparatının vurulduğu iddia edilib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücum etdiyini əsas gətirərək İran ərazisində yerləşən 80-dən çox hərbi hədəfə zərbələr endirdiyini açıqlamışdı.

Bu arada İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ı əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib. O bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı razılaşmalara əməl etməyib, İrana qarşı yeni hücum təhdidlərini davam etdirib, neft sanksiyalarını yenidən tətbiq edib və ölkənin cənubuna hücumlar təşkil edib.

Qalibaf vurğulayıb ki, İran bu addımlara səssiz qalmayacaq və "təzyiq və şantaj dövrünün başa çatdığını, ölkəsinin geri çəkilməyəcəyini" bəyan edib.

Məqalədə: #Küveyt #Bəhreyn #Hörmüz boğazı #ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) #İran–ABŞ qarşıdurması #İran İslam İnqilabı Keşikçiləri Korpusu

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

4 Sentyabr 10:01
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.