BAKI,VOA,Vüsalə Əzimzadə
İordaniya Kralı II Abdullah və Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər.
Bu barədə VOA İordaniya Xəbər Agentliyi və Bəhreyn Xəbər Agentliyinə istinadən məlumat verir.
Telefon danışığı zamanı tərəflər regionda gərginliyin daha da artmasının qarşısının alınmasının və sabitliyin təmin edilməsi üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin BMT Təhlükəsizlik Şurasının regionda və onun hüdudlarından kənarda gərginliyin azaldılmasına yönəlmiş səyləri müzakirə olunub.
Görüşdə İran və ABŞ arasında bu həftə yenidən başlayan qarşıdurmanın regionda yaratdığı təhlükələr də gündəmə gətirilib.