İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya Kralı II Abdullah və Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər.Bu barədə VOA İordaniya Xəbər Agentliyi və Bəhreyn Xəbər Agentliyinə istinadən məlumat verir.
Fələstin məsələsi Yaxın Şərq probleminin mərkəzində dayanır - Si Cinpin
Çin Sədri Si Cinpin İordaniya Kralı II Abdullahla Pekində görüşüb. Çin lideri Fələstin məsələsini Yaxın Şərq probleminin mərkəzi məsələsi adlandırıb. Si Cinpin İsrail–Fələstin qarşıdurmasının siyasi həllinə çağırıb. O, tərəflər arasında sülh danışıqlarının yenidən başlanmasının vacibliyini vurğulayıb. Çin lideri müstəqil Fələstin dövlətinin mümkün qədər tez yaradılmasını dəstəklədiyini bildirib. Pekin Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır. İordaniya da Fələstin məsələsində mühüm regional tərəflərdən biri olaraq qalır. Görüş Yaxın Şərqdə gərginliyin davam etdiyi bir dövrdə keçirilib.
Fələstin əsilli Nobel laureatı alim Ömər Yaği kimdir?
2025-ci il Kimya üzrə Nobel mükafatının qalibi, Səudiyyə Ərəbistanı və İordaniya vətəndaşı, Fələstin əsilli alim Ömər Yaği haqqında çox az məlumat mövcuddur. O, Ammanda doğulub və orta təhsilini orada başa vurub, daha sonra erkən yaşlarında ABŞ-a təhsil almağa yollanıb və o vaxtdan etibarən elmi və akademik baxımdan öz doğma bölgəsindən uzaqda fəaliyyət göstərib.
İordaniyada “Müsəlman Qardaşlar” qadağası: Səudiyyə Ərəbistanına jest, yoxsa İsrailə güzəşt?
İordaniya hökumətinin “Müsəlman Qardaşlar” təşkilatını rəsmi şəkildə qadağan etməsi Yaxın Şərqdə siyasi balans axtarışlarının daha da dərinləşdiyini göstərir. Qərarın, Kral Abdullahın Səudiyyə Ərəbistanına səfəri ilə eyni vaxtda elan olunması, addımın yalnız təhlükəsizlik deyil, həm də regional ittifaqlar çərçivəsində atıldığını ehtimal etdirir.
Abdullah II və Əhməd Şəraa arasında nə yaşanır?
İordaniya və Suriya arasındakı yeni siyasi yaxınlaşma, Əhməd Şəraa və II Abdullahın görüşü ilə sərhəd təhlükəsizliyi, qaçqın böhranı, ticarət əlaqələri və regional sabitlik mövzularında mühüm diplomatik addımlarla diqqət çəkir.